telefon

“Retrica”nı kölgədə qoyan şəkilləriniz üçün 8 mobil tətbiq

Baxış sayı: 909

Bir vaxtlar ən məşhur şəkil proqramı olan Retrica-ya maraq artıq əvvəlki qədər deyil. Biz də sizin üçün ona bənzər yeni mobil tətbiqlərdən ibarət siyahı hazırladıq.

 

VSCO

Ən populyar foto proqramı sayılan VSCO-nu həm IOS, həm də Android əməliyyat sistemlərinə yükləmək mümkündür. Proqram tam ödənişsiz olmasa da, bəzi effektləri ödənişsiz istifadə edə bilərsiniz.

 

Camera360

Bu mobil tətbiqi də selfi üçün uğurlu hesab etmək olar. Proqramda müxtəlif filterlər mövcuddur. IOS və Android əməliyyat sistemlərində dəstəklənir.

 

piZap

Şəkil kollajı hazırlamaq istəyənlər üçün faydalı ola biləcək proqramdır. Effektlər, çərçivələr, yazı fontları və müxtəlif düzəliş funksiyaları var.

 

Pixlr

Proqramın kamerası, kollaj düzəltmə və şəklə düzəliş etmək üçün funksiyaları var. Funksionallığı ilə Pixlr bir çox şəkil mobil tətbiqlərini geridə qoyur.

 

PicSay

PicSay mükafat qazanmış proqramlar arasında yer alır. Şəkillərdəki rəngləri kəskinləşdirmək, qırmızı gözləri düzəltmək və s. detalları düzəltmək istəyirsinizsə bu proqramdan məmnun qalacaqsınız. iPhone istifadəçiləri təəssüf ki, bu proqramı yükləyə bilməyəcək. Bu mobil tətbiq yalnız android əməliyyat sistemində var.

 

BeFunky

Şəkillərə düzəliş etmək üçün hazırlanan proqramlar sırasında yeni alternativ sayılan BeFunky rahat istifadəsi ilə rəqiblərindən fərqlənir. Sadəcə 1-2 kliklə şəkillərinizə istədiyiniz effekti verə bilərsiniz.

 

Candy Camera

Şəkil kollajı hazırlamaq üçün proqramlardan biridir, ancaq ən çox istifadə olunan funksiyası selfi kamerasındakı filterlərdir.

 

FaceTune 2

Ən çox istifadə edilən mobil tətbiqlərdən biri də FaceTune 2-dur. Bu proqram daxilində olan effektlərlə insanlar üçün əlverişlidir və bu səbəbdən sosial mediada məşhurdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir