plastik emeliyyatlar

Rinoplastikanı riskli edən amillər

Baxış sayı: 465

Son vaxtlar plastik əməliyyat etdirənlərin sayı o qədər artıb ki, hətta əməliyyat etdirməyənləri də kompleksə salırlar. Xüsusən də xanımlar bunu ya cavan görünmək, ya da dəblə ayaqlaşmaq üçün edirlər.

Plastik həkim-cərrah Seymur Abbasovun dediyinə görə, plastik və funksional əməliyyatlar şəkər xəstələri, onkoloji və psixoloji problemləri olanlar və yoluxucu virus xəstəliyindən əziyyət çəkənlər üçün riskli sayılır. Bundan başqa əməliyyat zamanı yaş və üz cizgiləri də mühüm əhəmiyyət daşıyır: “Rinoplastika burunun həcmi, yaş və dəridən çox asılıdır. Dərinin qalın və nazik olması da mühüm məsələdir. Qalın dəriyə malik olanlarda həmin proses daha çox problemli olur. Burun çox əyri deyilsə, travmaya məruz qalmayıbsa, daha gözəl nəticə almaq mümkündür. Rekonstruktiv əməliyyat nəticəsində burun çəpəri, toxumalar deformasiya olunaraq normal vəziyyətə gətirilir”.

Plastik cərrahiyyəyə xanımlarla yanaşı kişilər də üz tutur. Onların arasında sağlamlıqla əlaqədar müraciətlər də olur. Həkimin dediyinə görə, nəfəsalmada çətinlik yaradan burun ətlərini vaxtında müalicə etmək lazımdır: “Nəfəsalmada problem burunda balıqqulaqlarının şişməsi, çəpər əyriliyi və eyni vaxtda onların ikisinin də olması nəticəsində yarana bilər. Çəpər əyriliyi uşaqlıqdan yaranan travmanın nəticəsidir. Həmin əməliyyat xanımlarda 17, oğlanlarda 18 yaşından sonra əməliyyat oluna bilər”.

Müsahibimiz onu da qeyd edib ki, bu yolla aparılan əməliyyatlar zamanı burun funksiyası bərpa olunur. Nəzərə almaq lazımdır ki, həm plastik, həm də funksional burun əməliyyatlarından sonra ilk altı ay mütləq həkimin təyin etdiyi burun damcılarından istifadə olunmalıdır. Əməliyyatdan sonra eynək və digər aksesuarlardan istifadə edərkən diqqətli olmaq lazımdır, əks halda burunun üzərində iz qala bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir