1798534_1278542112162649_7567313358695379219_n

Robotics dərslərində uşaqlara nələr öyrədilir? – AZƏRBAYCANDA YENİ LAYİHƏ – MÜSAHİBƏ

Baxış sayı: 1. 526

Razılaşaq ki, övladının müəllim, hətta hüquqşünas, prokuror olmasını istəyənlərin sayı öncələrə nisbətən azalmağa doğru gedir. Valideyn reallığı qiymətləndirərək görür ki, dünyanın nəbzi texnika sıçrayışı ilə vurur. Bu yeni tendensiya axınında cəmiyyətə texniki elmlərə yiyələnmiş mütəxəssislər humanitar biliklərə yiyələnmişlərdən daha çox lazım olacaq və lazımdır. Odur ki, dünya təhsili texniki elmlərə xüsusi önəm verir.

Ölkəmizdə də təhsilin bu sahəsinə həm cəmiyyətin, həm də investorların marağı yaranmağa başlayır. Robotics İnstruktoru Nadir Zamanov Sumqayıtda yerləşən “Kiddy Robotics” və Reduco Tədris Mərkəzinin müəllimi, təlimçisidir. Onunla söhbətimizdə bu dərslərin mahiyyəti, əhəmiyyəti, uşaqların hansı bilik və bacarıqları mənimsədiyi barədə danışmışıq.

– Nadir müəllim, bu dərslərdə komandanız uşaqlara konkret olaraq nələri öyrətməyə çalışır. Proqramınız nələrdən ibarətdir və  bu dərslərin tələbələrə hansı faydaları var?554832_1278542498829277_4953596817721848759_n

– Bu dərslərdə STEM təhsil metodologiyası əsasında 7-15 yaş arası bütün uşaqlara bir neçə mərhələdən – Kinematika və Modelləşdirmə, Alqoritmlər və Qrafik proqramlaşdırma, Robotics Pro kimi mərhələlərdən ibarət olmaqla robotiks məşğələləri tədris edilir. Mərkəzdə uşaqlara texnologiyaların, mühəndisliyin, riyaziyyat və fizikanın sirləri əyləncəli-praktiki yollarla öyrədilir.

Robotics dərsləri sayəsində tələbələr hərtərəfli inkişaf edərək sözün əsl mənasında “başlarını işlədəcək”, məntiqlərini və yaddaşlarını gücləndirəcəklər. Bir az tezisləşdirsək, belə demək olar:

– Dəqiqlik, analitik və kritik düşünmə, problem həll etmə, qərar vermə, komanda ilə işləmək və s. kimi bacarıqlar əldə edəcəklər.

– Gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaqlar.

– Əldə olunan biliklərin real həyatda necə tətbiq olunacağını praktiki olaraq görəcək və öyrənəcəklər.

– Beynəlxalq olimpiadalar və layihələrdə iştirak imkanı əldə edəcəklər.

12814384_1274328279250699_4644994552074495298_n

– Yaş bölgüsü necədir?

– Robotics dərslərimiz hal-hazırda 7-10 və 11-15 yaş arası uşaqlardan ibarət 8 nəfərlik qruplara tədris olunur.

 

– Bu yaşlarda uşaq üçün Robotics dərsləri çətin olmazmı?

– Dediyim kimi, dərslərimiz 7-10 və 11-15 yaşlı tələbələr üçün nəzərdə tutulub və bütün dərs proqramı və metodologiyası tələbələrin yaş həddi nəzərə alınaraq hazırlanıb. Dərslərimiz əsasən əyləncəli-praktiki üsullarla keçdiyindən, heç bir tələbə çətinliklə qarşılaşmır. Tələbələrin keçirilən mövzuları tam qavramasını və öyrənməsini təmin etmək üçün hər ayın sonunda keçirilən mövzulardan imtahan olunurlar və bu imtahanların nəticələrinə əsasən mövzuların yekun dərsləri keçirilir. Bu isə hər bir tələbənin mövzuları tam olaraq anlamasına və öyrənməsinə şərait yaradır.

 

– Elə isə düşünə bilərikmi ki, uşaqlar bir müddətdən sonra robot düzədə biləcək? 

– Bu mövzuda bir az ehtiyatlı danışmalıyam. İlk öncə deyim ki, Robotics dərslərinin məqsədi robot düzəltməkdən ibarət deyil. Gündəlik həyatımızın bütün sahələrində istifadə etdiyimiz robotların, maşınların, avadanlıqların işləmə prinsipləri, bu prinsiplərin alqoritmik ardıcıllığı, məntiqi və mexanizmi dərslərimizdə tələbələrə əyləncəli-praktiki yollarla öyrədilir, Robotics dərsləri onlarda elmə və texniki təhsilə qarşısıalınmaz həvəs və maraq oyadır, mükəmməl biliklərə yiyələndirir.

– Dərslərdə hansı avadanlıqlardan istifadə olunur?

– Robotics dərslərimiz əsasən Cənubi Koreya, Yaponiya, Avropa və Amerika mənşəli Robotis,  Lego Mindstorms,  Arduino və Raspberry Pi kimi avadanlıqlar və platformalar vasitəsilə öyrədilir.

Söhbətləşdi:

Vüsal Məmmədov 

Məlumat üçün bildirək ki, hal-hazırda Kiddy Robotics Sumqayıt şəhərində 2 ünvanda fəaliyyət göstərir:

  * Kiddy Robotics Mərkəzi ; 17-ci məhəllə, M.Əzizbəyov 13/36, 3-cü polis bölməsi (keçmiş pasportstol) ilə üzbəüz.      

Tel: (+994 018) 654-28-50 ;

Mob: (+994) 55 940-69-75

e-mail: kiddyrobotics@gmail.com

* “REDUCO” Tuition Centre ;  İsmət Qayıbov 211/1

Tel: (+994 018) 656-06-67, (+994 018) 648-08-08

Mob: (+994) 50 375-06-66, (+994) 70 833-11-73

e-mail: info@reduco.az

e-mail: info@reduco.az

12565559_1104502056247167_2429111264875986891_n 12705713_1116729295024443_2248289877318135769_n 12795337_1274327062584154_4587812400229600174_n 12804800_1274328415917352_5737114612256871651_n 12832558_1278541742162686_2390904441568322550_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir