kisi

Rusiyanın ən məşhur qanuni oğrusunun Bakılı qızının GƏNCƏ MACƏRASI – FOTOLAR

Baxış sayı: 492

“Оdessa Yaponçiksiz Odessa deyil”. Bu fikri Mişa Yaponçik ləqəbli Moisey Vinnitskiy haqda odessalılar səsləndirirdilər. Janndarmların qorxulu yuxusu, xalqın sevimlisi olan Mişa Yaponçik dənizkənarı sadə əyalət şəhəri olan Odessanı Rusiyanın kriminal paytaxtına çevirdi. O, şəhəri idarə etdiyi qısa zaman ərzində Odessaya qüsursuz yapon mədəniyyəti gətirdi. Məhz buna görə də, xalq ona “Yaponçik” ləqəbini verdi.

Mişa Yaponçikin öz barədə daha öncə yazı verdiyimiz üçün bu məqalədə onun həyatın səthi toxunaraq, Bakıda yaşayan qızı barədə danışacağıq.

 

Mişa Odessanın oğrularını bir yerə toplayıb, yakudza qanunları ilə yaşamağı təklif etdi. Daha düşüncəli işləməyi və kasıb təbəqədən heç nə oğurlamamağı tapşırdı. Odessa oğruları Yaponçiklə razılaşdılar.

Yaponçikin çox güclü aktyorluq qabiliyyəti var idi, həssas və pafoslu nitqi ilə insanları özünə inandırmağı bacarırdı.

1891-ci ildə Odessada doğulan Moisey hələ kiçik yaşlarından oğurluqla məşğul idi. Hətta 14 yaşında onu həbs etmişdilər. 12 il həbsdə yatan Mişka yenidən Odessaya geri dönür və həyatında yeni, müdrik səhifə açır.

Yaponçik 1918-ci ildə uşaqlıqdan aşiq olduğu Silya Avermanla ailə həyatı qurur. Silya Odessanın zadəgan yəhudi ailəsində dünyaya gəlmişdi. Onun Fransada neçə mülkü vardı. Toylarından 1 ildən sonra cütlüyün qızı Adel dünyaya gəlir.

Mişka həmin illərdə 4000 oğrudan ibarət komandanı idarə edirdi. Onun oğruları daim iş başında idilər və şəhərdə hakimiyyət tədricən dəyişirdi.

Yaponçik öz istəyi ilə Qırmızı Orduya yazılır. Onun tərəfdaşları da Mişadan nümunə götürüb, orduya yazılırlar. Cəsur oğru öz adamlarından ibarət 54-cü Sovet Ukrayna polkunu yaradır.

Nəhayət, 1919-cu ilin avqust ayında süvari diviziyanın komandiri Ursulov əlində məhkəmə qərarı olmadan Mişka Yaponçiki öldürüb, cəsədini dənizə atır. Bundan sonra Mişanın 23 yaşlı bacısı da şəhər xəstəxanalarının birində vəfat edir.

Yaponçikin sevimli arvadı da edam oluna bilərdi, odur ki, Silya 1923-cü ildə qızını qayınanası ilə qoyub Hindistana qaçır. Bir neçə ildən sonra isə, Fransaya gedir və ömrünün sonunadək orada yaşayır. Silya qızını yanına aparmaq üçün çox cəhd edir, hətta bunun üçün Fransadakı mülklərini satmaq istəyir. Lakin onun cəhdləri puç olur.

Adel ilə nənəsinə Bakı qucaq açır. O, ömrünün sonunadək Azərbaycanda yaşayır. Adel onu anasından məcburən ayıran nənəsini heç vaxt bağışlamır.

O, Gəncəyə köçüb uzun müddət bazarda satıcı işləyir, burada həyatının sonunadək hər kəsdən gizlətdiyi məşuqundan bir oğlu dünyaya gəlir.

Hazırda Mişa Yaponçikin nəticələri sağdır. Nənəsini Adeli xatırlayan Rada adlı nəvə onun haqqında bunları deyir: “Kralın qızı şahzadə nənəm Bakıda müsəlman qəbristanlığında dəfn olunub. O, özü belə istədi. Çünki mənim anamın (onun gəlini) Simanın valideynləri müsəlman məscidində dəfn olunmuşdu. Nənəm anama dedi ki, öz valideynlərini ziyarətə gələndə, mənim də qəbirimə gül qoyarsan”. Onun məzar daşının üzərində “Adel xanım” yazılıb, nə soyadı, nə də atasının adı qeyd olunub.

Çağdaş dövrdə qıyıq gözlü yaraşıqlı Mişa Yaponçikin həyatından bəhs edən filmlər, seriallar və teatr tamaşaları kifayət qədər çoxdur.

Mişka Yaponçik günü bu gün də, Odessa xalqının böyük hörmətlə andığı şəxsiyyətdir. Bəziləri isə, şəhərdə Yaponçikin ruhunun dolaşdığını etiraf edirlər. Hətta şəhər kafelərindən birində çalışan Nataliya adlı gənc qız Mişanın ruhu ilə söhbət etdiyini deyir: “O, çox qəribə geyinmişdi. Qıyıq gözlü cavan oğlan idi. Çox yorğun idim. Məni kafedə oturub kofe içməyə dəvət etdi. Lakin onun nəzakətli təklifindən imtina etməli oldum. Ondan ayrılıb, bir neçə addım uzaqlaşanda anladım ki, bu Yaponçik idi. Geriye dönəndə heç kimi görmədim. O, yoxa çıxdı”.  (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir