Zumrud Haqverdiyeva

Səbr etmək bizim üçün niyə faydalıdır? – “SEANS VAXTI”

Baxış sayı: 441

1) Səbr bir fəaliyyət deyil: Səbr heç nə etməmək, təslim olmaq, həyatdan qopmaq demək deyil. Yatıb, sonrakı günlər üçün edilən bir hazırlıq kimidir.

2) Səbr emosiyalardan ayrılmaq deyil: Səbr müəyyən bir duyğularınızı hiss etmək və qarşınızdakı mümkün variantlar haqqında hisslərinizi qəbul etməkdir. Sağlam bir səbr etmək , emosiyadan imtina etmək deyildir. Emosiya hiss olunur, qəbul edilir, yaşanır, lakin rədd edilmir. Həmçinin səbr təslim olmaq demək deyil.

3) Səbr optimist bir gözləmədir: Səbrin ən vacib komponenti ümiddir. Əgər ümidimiz yoxdursa, səbr edəcək bir şey olmayacaq.

4) Səbr bizə sonu görmək üçün dözümlülük verir: Çətin bir işə başlamaq üçün müxtəlif stimullar vbizi motivasiya edə bilər, lakin səbrlə onun sonunu görə bilərik.

5) Səbrli olmaq həyatımızı sağlam şəkildə aparmağın məntiqli yoludur: Həyat nə ilə qarşılaşacağımızı bilmədiyimiz,  gözlənilməz vəziyyətlərin tez-tez yaşandığı bir yoldur. Bu yolda səbirli olmağı bilməyən insanlar üçün həyat çətinliklərlə doludur.

6) Səbr etmək bizə müvəfəqiyyətə aparır.

7) Səbr etmək bacarığını öyrənmək olar: Səbir bizim heç birimiz üçün anadangəlmə bir bacarıq deyil. Biz adətən təcrübə ilə səbirli olmağı öyrənirik.

 

Necə səbr etməyi öyrənək?

1) Ağlımızın impulsivliyini artırmalıyıq. Öz impulsiv tərəflərini dərk edən və bununla mübarizə aparan  insanlar daha xoşbəxt və uğurlu olurlar.

2) Narahatlıq və problemə baxışımızı təkmilləşdirməliyik

3) Hiss etdiyimiz çətin hissləri müəyyən etməli və onun mənbəyini kəşf etməliyik.

4) Özümüzlə konstruktiv danışmağı öyrənməliyik.

 

Duyğular universaldır, həyat şəraitindən asılı olmayaraq, hamımız onları müxtəlif şəraitdə hiss edirik. Hər bir insanın öz daxili mübarizəsi var və hər kəs lazım olanda isə səbr etmək bacarığından istifadə etməlidir. Səbrin sonunda böyümə, uğur, güc, özünə inam kimi müsbət emosiyalar durur. Səbrin sonu müvəffəqiyyətdir!

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir