IDMAN

Səhər yeməyindən əvvəl edilən idman piyləri daha çox əridir?

Baxış sayı: 786

İngiltərədə aparılan yeni araşdırmaya görə, qəhvəaltından əvvəl idman edən artıq çəkililər digərləri ilə müqayisədə ikiqat artıq nəticə əldə edə, yəni arıqlaya bilirlər.

İngiltərədə artıq çəkidən, piylənmədən əziyyət çəkən kişilər üzərində aparılan araşdırma zamanı səhərlər yeməkdən əvvəl edilən idmanın daha yaxşı təsirinin olduğu, daha çox arıqlamağa səbəb olduğu üzə çıxıb. Məlum olub ki, bu zaman edilən idmanla qan şəkəri səviyyəsi normal hala gəlir, ona daha yaxşı nəzarət edilir.

Belə ki, 6 həftə boyunca artıq çəkili, piylənmə problemi olan 30 kişidən bir qismi səhər yeməyindən əvvəl, bir qismi isə yeməkdən sonra idman hərəkətləri edib. Sonda onların nəticələri təhlil olunub və belə qənaətə gəlinib ki, yeməkdən əvvəl idman edənlər sonra edənlərlə müqayisədə iki dəfə çox arıqlayıblar.

Alimlər hesab edir ki, səhər acqarına insulin səviyyəsinin daha az olması səbəbindən idman edənlərin piy toxuması və əzələlərdəki yağları daha çox, daha yaxşı istifadə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir