yemek

Səhər yeməyinin köməyi ilə arıqlamaq mümkündür?

Baxış sayı: 1. 294

Səhər yeməyinin sağlamlıq baxımından əhəmiyyətli olduğunu hər birimiz bilirik. Hətta xüsusi vurğulanır ki, səhər yeməyini yeməmiş evdən çıxmayın. Bəs görəsən, səhər yeməyinin köməyi ilə arıqlamaq mümkündür? “Gencaile.az” arıqladan 8 səhər qidasını təqdim edir.

 

Qəhvə

Səhər yeməyinin tərkibindəki qəhvə sizi hərəkətə keçirəcək. Əgər səhərlər idman etməyi sevənlərdənsinizsə, idmandan 45 dəqiqə əvvəl içilən qəhvə daha tez tərləmənizə səbəb olacaq. Bu da daha çox yağ yandırmağa kömək edir. Əgər qəhvəni içdikdən sonra idman edirsinizsə, 15% nisbətində daha çox yağ yandırmanız gerçəkləşir. Təzyiq probleminiz yoxdursa, qəhvəni səhərlər içməyə çalışın.

 

Banan

Həm tox tutan, həm də ləzzətlə yeyilən banan səhərin alternativ meyvələrindəndir. İçərisindəki zəngin potasium ilə ürəyinizə dəstək olmaqla yanaşı, bağırsaq problemlərinə də yardım edir. Üstəlik immunitet sistemini də gücləndirən meyvələrin başında gəlir.

 

Yumurta

Səhər yeməyinin tacı və vazkeçilməzidir. Əsas protein qaynağıdır. Əgər fit bir bədənə sahib olmaq istəyirsinizsə və ya kökəlməkdən qorxursunuzsa, yumurtanı qidalanma proqramınıza mütləq əlavə etməlisiniz. Səhər yeməyində omlet, qayğanaq, qaynadılmış yumurta ilə gün ərzində daha uzun müddət tox qala bilərsiniz. Üstəlik idman da edirsinizsə, mütəxəssinizlə məsləhətləşərək, daha çox yumurta ağı yeyə bilərsiniz.

 

Çöl qarağatı

Bağırsaq mübadiləsini nizamlayan çöl qarağatını səhərlər yemək faydalıdır. Həm də mədə problemi və xorası olanlar üçün bu meyvə ekstra faydalıdır. Antioksidan özəlliyi olan bu meyvə infeksiyalara qarşı qoruyucudur. Buna görə immunitet sisteminin ən mühüm qoruyucularındandır.

 

Çiyələk

B və C vitamin tərkibli olan çiyələyin damar tıxanıqlığı probleminin qarşısını alan və xolesterolu aşağı salan təsiri var. Həm də fosfor və dəmir tərkiblidir. Günü daha dinc və sağlam keçirmək istəyirsinizsə, səhərlər 8-10 ədəd yeyə bilərsiniz. Çiyələk antioksidan özəlliyi sayəsində daha enerjili bir gün keçirmənizi təmin edəcək.

 

Çay

Səhər saatlarında içilən çayın oyandırıcı təsiri var və günü daha dinc keçirmənizi təmin edir. Ancaq çox çay içmək qan səviyyəsinin düşməsinə səbəb olur və bu hal da halsızlıq yaradır. Bu səbəbdən mümkün olduğunca açıq və limonlu çay için.

 

Süd

Proteinlə zəngin qidaları çox yesəniz, həm özünüzü uzun müddət tox hiss edər, həm də arıqlaya bilərsiniz. Buna görə südü hər səhər qidalanma proqramınıza əlavə edin. Səhər içilən bir stəkan süd bir sonrakı yemək vaxtı az yemənizə kömək edəcək. Həm də tərkibində kalsium qaynağı olduğundan sümük və dişlər üçün də faydalıdır. Buna görə uşağınız başda olmaqla siz də hər səhər süd içməyi unutmayın.

 

Kəpəkli tost

Əgər səhər yeməyi yemənizə vaxt yoxdursa, ən asan yolu kəpəkli çörəklə hazırlanmış tostdur. Həm gün ərzində ehtiyac duyduğunuz karbohidratı çörəkdən, həm də arıqlamaq üçün lazımlı olan proteini pendirdən almış olarsınız. Qan səviyyəsi aşağı olanlar üçün uyğun olmaya bilər. Çünki kəpək qan səviyyəsinin düşməsinə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir