b8542390c1e34d68abe9ac321408ca7f

Səmavi dinlərdə boşanma və zina

Baxış sayı: 2. 229

Xarici filmlər və seriallar insanlarda elə təəssürat yaradır ki, xristian cəmiyyətlərində boşanma və xəyanət çox adi hallardan biridir. Bəzən ciddi ekspertlər, sosioloqlar Azərbaycandakı ailə institutunda baş alıb gedən xoşagəlməzlikləri, boşanma faizinin ildən-ilə artmasını “qərbdən gələn dalğa” kimi izah edirlər. Halbuki…

Beləliklə,  qeyri-dinlərdə boşanma və xəyanət kimi hallarla bağlı ilginc dosye hazırlamışıq. Öncə boşanma ilə bağlı məqama diqqət edək:

 

Xristianlıq

Yəhudilik və islamiyyətdə olduğu kimi, xristianlıq boşamağı ərin öz ixtiyarına buraxmır. Xristianlıqda boşanmaq yasaqdır. Kilsə təmsilçiləri arasındakı hakim olan fikir belədir ki, ortada zina olsa belə, boşanmaq haram sayılır. Əgər qadın günaha yol veribsə, bu halda belə o, günahına tövbə edibsə, ər ona qayıtmalıdır. Fərd öz həyat yoldaşını sırf öz iradəsi və tərcihi ilə ayırıb boşaya bilməz. Ancaq xristianlıqda ər-arvaddan birinin tələbi üzərinə hakimin hökmü ilə boşanma baş tuta bilər.

Katolik ile ilgili görsel sonucu

Katolik məzhəbində boşanma

Katoliklərə görə, hansı səbəblə olursa-olsun, boşanmaq caiz deyil. Bunların dəlilləri aşağıdakılardır:

a) Arvadını boşayıb başqa bir qadınla evlənən zina edib. Bir kişidən boşanan qadınla evlənən də zina edib.

b) Evlilik, kilsənin müqəddəs sirlərindən biridir. Onun çözülməsi caiz deyil. Evlilikdən sonra, hansı səbəblə olursa-olsun, ayrılmaq caiz olmaz. Polis Rasül, kişilərə belə müraciət edir: “Ey kişilər! İsanın kilsəni sevdiyi və onu müqəddəsləşdirmək üçün özünü təslim etdiyi kimi, siz də arvadlarınızı sevin”. Buna görə də xristianlar ərin arvadı ilə olan münasibətini İsanın kilsə ilə olan münasibəti kimi görür və ayrılığı qəbul etmirlər. Bunu ilahi təbiət qanunlarına da istinad edərək, Tövratdakı bu məqamı səsləndirirlər: Allah Adəmdən sonra, onun təkbaşına olmasını yaxşı qarşılamadığı üçün Həvvanı yaratdı. Allah Həvvanı yaratdıqdan sonra Adəmin dilinə bu sözü qoydu: “Bu ayət mənim sümüyümdən bir sümük, mənim ətimdən bir ətdir. Buna görə də kişi ana-atasını tərk edər, həyat yoldaşı ilə birləşir və bir tək cəsəd olurlar”.

Protestant ile ilgili görsel sonucu

Protestant məzhəbində boşanma

Protestantlar boşanmağı iki halda caiz görürlər: zina  və din dəyişdirməsi zamanı. Ər-arvaddan biri zina etsə və ya din dəyişdirsə, digəri hakim qarşısında boşanma tələbi ilə çıxış edə bilər.

a) zina səbəbi ilə boşanma: bu boşanma səbəbindəki dəlillər Matta incilində yer alır. Həzrəti İsa insanlara verdiyi öyüddə belə deyib: “Kim zinadan başqa bir səbəblə arvadını boşayarsa, arvadını zaniyə etmiş olur. Üstəlik, boşanmış bir qadınla evlənsə, zina etmiş olur”.

Protestan alimlərinin çoxu hesab edir ki, ər öz arvadlını uzun müddət tərk edərsə, cütlük arasında ayrılma caiz ola bilər. Onların arqumenti belədir: “Fəqət, evli olanlara mən yox, ancaq Rəbb əmr edir. Qadın ərindən ayrılmasın. Amma əgər ayrılsa da, ərsiz qalmasın, yaxud əriylə barışsın və ər arvadını atmasın”.

b) din dəyişdirmə səbəbi ilə boşanma: bu növ boşanma bu əsasla baş verir. Xristianlıq dinini dəyişdirən hökmən ölü qəbul edilir. Həqiqətən ölənin nikahı ləğv olunduğu kimi, hökmü ölümü də həqiqi ölümlə müqayisə edərək belə deyərlər: ər-arvaddan kim dinini dəyişdirsə, xristianlıq dinində qalan boşanmağı istəmək haqqına sahib olur.

Ortodoks ile ilgili görsel sonucu

3- Ortodoks məzhəbində boşanma

Ortodokslar boşanma məsələsində protestantların qəbul etdikləri səbəbləri qəbul ediblər. Ancaq indilərdə zikr edilməyən başqa səbəblər də əlavə ediblər. Bu səbəblər çoxalaraq təhlükəli bir həddə çatıb, evlilik bağını bərpası mümkün olmayan hala gətirərək, ər-arvadın hər birini zərərlərə məruz qoyub.

Ortodokslukda əsas olan Matta İncilində də qeyd olunduğu kimi, evlilik bağı zinanın xaricində çözülməsi caiz olmayan müqəddəs bir bağ sayılır. Ortodoks kilsəsində uzun bir zaman qanun bu minvalla davam edib. Amma bu məzhəbin alimləri digər məzhəblərdən fərqli olaraq pis yolda olmaq, ayıblı olmaq, dəlilik, xəstəliklər kimi durumda boşanmağı mümkün sayırlar. Kitabların çoxu bu dəyişimin meydana gəlməsində Roma hüququnun Ortodoks kilsəsi üzərindəki nüfuzunu göstərir.

Roma katolik kilsəsinə evliliklərin ləğvi üçün müraciət edən katoliklər ilginç səbəblər önə sürür. Kilsənin ən qarmaşıq evlilik ləğvi istəklərini qərara bağlayan üst məhkəməsi “Sacra Romana Rota”ya müraciət edən kişilərdən biri, arvadının siqareti atmadığını, “evliliklərinin dumana boğulduğunu” səbəb kimi göstərərək, evliliyinin ləğvini istədi.

Boşanmaq istəyən qadınların ən öndə gələn səbəbi isə ərlərinin “anasının quzusu” olmasıdır. Katolik qadınlar 30, 40 yaşlarında, hətta daha yaşlı olan ərlərinin hələ də analarıyla psixoloji bağlarını qoparmamasından şikayət edirlər.

Evliliyin ləğvi qərarı, evliliyin ilk gündən bəri keçərsiz olması, əsla baş tutmaması mənasına gəlir. Məhkəmənin ənənəvi ləğv səbəbləri arasında evlilik zamanı tərəflərdən birinin, ya da hər ikisinin psixoloji yetkinlik səviyyəsinə çatmamış olması, tərəflərdən birinin evlilikdən öncə gizlənən bir neqativliyin ortaya çıxması, anlaşılmazlıq, cinsi həyatın olmaması və zorla evlilik yer alır.

Həyat yoldaşı siqaret çəkdiyi üçün evliliyin ləğvini istəyən ər, arvadı ilə siqareti atacağı sözü verməsindən sonra evləndiyini, həyat yoldaşının evlilikdən sonra bütün cəhdlərinə baxmayaraq, siqareti ata bilmədiyini deyir.

Boşanma işinə baxan kilsə evlilik heyəti, ərə evliliyin ləğvi haqqı verdi. Amma ikinci instansiya məhkəmə heyəti bu qərarı ləğv etdi. Dolayısı ilə iş daha yüksək məhkəməyə getdi. Başqa bir ilginc məhkəmə işində isə arvadının evlilikdən sonra özünə baxmaqdan əl çəkdiyini deyən ər, “sonradan başqa biri olduğu ortaya çıxan biriylə evlənərək oyuna gətirildiyini” iddia edir.

Katolik İtaliyada qanunlar 35 ildir boşanma haqqı verməklə yanaşı, bir çox insan təkrar kilsədə evlənmə haqqı əldə etmək üçün evliliklərinin kilsə tərəfindən ləğvini tərcih edir.

Vatikan 1992-ci ildə Monakko şahzadəsi Karolinə evlilik ləğvi haqqı tanımışdı.

 

Xəyanət edən qadının saçı çox qısa kəsilir, sol qulağı qoparılırdı

İndi keçək xəyanət və onun cəzası məsələsinə. Ən ibtidaisindən ən inkişaf etmişinə qədər, bütün dinlərdə zina anlayışının izahı bir-birinə olduqca bənzər ünsürlərdən meydana gəlir. Cəmiyyət tərəfindən təsdiqlənmiş və ya rəsmi olaraq qəbul edilmiş bərabərliklər xaricində gizlicə yaşananlar və ya təcavüz növündən təşəbbüslər daim suç və günah sayılıb.

İbtidai cəmiyyətlərdə çox rast gəlinməsə də, tabuların çeynənməsinə səbəb olan qeyri-rəsmi münasibətlər cəzalandırılıb. Bu cəzalandırma həm cəmiyyətin hüquqi normaları çərçivəsində, həm də dini inanclar çərçivəsində icra edilməkdə idi. Hüquqi olaraq zina edənlər öldürülür, cəmiyyət xaricinə sürülür və ya bədənlərində iz qoyan bir əmələ məruz qoyulurdu.

Cənubi Amerika qızıl dərililərindən Vydot qəbiləsində zina işlədən qadının saçı çox qısa kəsilir və ya sol qulağı qoparılırdı. Afrikada Buşmen zəncilərində zina edən kişi və qadının görünən yerləri dağlanırdı.

Zina ilə bağlı çatımlı olan ilk sənədlər Mesopatomiyadakı daşa yazılmış sənədlərdə rast gəlinirdi. Şumerlərə aid Ur Nammu və Eşnunna, Babillilərə aid Hammurabi qanunnamələrində zina haqqında müxtəlif hökmlər var.

Zina suçu ilə məhkum olan tərəflərin hər ikisi evlidirsə, onlara veriləcək cəza ölümdür. Tərəflər ya boğulur, ya da yüksək bir yerdən atılırdı. Əgər kişi qadının evli olduğunu bilmədiyini iddia edər və isbat edə bilərsə, daha kiçik bir cəza ilə qurtula bilərdi. Təcavüz də zina çərçivəsində qəbul edilməkdə idi. Evli olmayanların bərabər olması isə daha xəfif cəzalarla qarşılanırdı.

Roma hüququnda “adulterium” adlanan zina erkən dönəmlərdə bəzi haqlardan məhrum buraxılmaqla cəzalandırılırdı. Konstantinin xristianlığı qəbulu ilə zina suçunun qarşılığı ölüm olaraq təsbit edildi.

Xristianlıqda zina hər nə qədər qavram və hökm olaraq yəhudi şəriətindən alınıb davam etdirilsə də, Həzrəti İsa tərəfindən bu anlayışın sərhədləri bir az daha da genişləndirilib.

– İnsanın qarşı cinsə şəhvətlə baxışı belə qəlbən zina çərçivəsində düşünülüb (Matta, 5/27-28),

– Boşandıqdan sonra evlənmə hər iki tərəf üçün zina sayılıb (Matta, 19/9; Markos, 10/11-12; Luka, 16/18),

– Zina və sair kimi cinsi cinayətlər toplu halda pislənib (Matta, 15/19; Markos, 7/21; Galatyalılara Mektub, 5/21).

İncildə zinaya bir cəza müəyyənləşdirilməməklə yanaşı;

– Zina edənlərin ittiham olunacağı (İbranilərə Məktub, 13/4),

– Onlar kimilərin Tanrının hakimiyyəti altında yer tapmaqdan məhrum qalacaqları (I. Korintoslulara Məktub, 6/9-10) qeyd edilib.

Müqəddəs mətnlərdən də anlaşıldığı kimi, Hz. İsa zina edərkən yaxalanmış bir qadına rəcm cəzası tətbiq etməyib (Yuhanna, 8/3-11), amma zinanın boşama üçün yeganə səbəb olduğunu vurğulayıb (Matta, 19/9; Markos, 10/11-12; Luka, 16/18).

Ayrıca Pavlus tərəfindən əxlaqsızlıq edənlərin cəmiyyətdən xaric olmaları təklif olunub (I. Korintoslulara Məktub, 5/1-2, 9-13).

Daha sonrakı dönəmlərdə də kilsələr mövzu ilə bağlı, müddəti dəyişmək üzrə kəfarət, keçici və ya daimi olaraq cəmiyyətdən xaricetmə kimi cəzalar tətbiq edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir