meyve siresi

Sərinləşdirici içki alanda nələrə diqqət etməliyik?

Baxış sayı: 1. 317

İctimai iaşə müəssisələrində verilən sərinləşdirici içkilərdən zəhərlənməmək üçün onların rənginə diqqət etmək lazımdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilova bildirir ki, insanlar yalnız restoranlarda deyil, marketlərdə də diqqətli olmalıdırlar:

“İlk növbədə, müştəri məhsulu alan zaman onun vizual görünüşünə baxmalıdır. Qablaşdırmada hər hansı şişmə halı varsa, o məhsulu almaq lazım deyil. Eyni zamanda, tetra-pak qablaşdırmalarda olan sərinləşdirici içkilərin rənglərində dəyişiklik sezilirsə, bu məhsulları da almaq tövsiyə edilmir. Şəffaf şüşə qablarda da rəng dəyişikliyini müşahidə etmək olur.

Bu kimi məhsulların istehlakı qida təhlükəsizliyi baxımından yanlışdır. Satıcılar bu məhsulların saxlanma şəraitinə riayət etməlidirlər. Sərinləşdirici içkilərin Günəş şüalarının birbaşa təsiri altında saxlanılması yanlışdır. Bundan başqa, küçələrdə açıq piştaxtalar üzərində meyvə şirələri və digər qablaşdırmalarda olan sərinləşdirici içkilərin saxlanması qida təhlükəsizliyinin kobud şəkildə pozuntusu deməkdir”.

Müxtəlif adlarda qazlı və qazsız suların satışına da münasibət bildirən A.Cəlilova məhsulların üzərində göstərilməli olan minimum məlumatlardan da danışıb:

“İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, hər bir məhsulun üzərində göstərilməsi vacib olan minimum məlumatlar var. Həmin məlumatlarda məhsulun tərkibi, saxlanma şəraiti qeyd olunur. Əgər bununla bağlı hər hansı məqamla rastlaşan istehlakçı varsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Qaynar xətt”inə müraciət edə bilər. Tez bir zamanda agentlik tərəfindən şikayət əsasında araşdırmalara başlanılır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir