Sebzi qovurma

Səbzi qovurma necə hazırlanır?

Baxış sayı: 745

Tərkibi:

mal əti,

2 st. uzun düyü,

4-5 ədəd baş soğan,

1 dəstə keşniş,

1 dəstə şüyüd,

1 dəstə cəfəri,

1 dəstə ispanaq,

2 dəstə turşəng(quzuqulağı),

2 dəstə kəvər,

3-4 ədəd göy soğan,

nar,

duz, istiot, sarıkök,

yağ

 

Hazırlanması:

Əvvəlcə mal ətini doğrayıb, 1 baş soğanla birlikdə suda qaynadırıq.

*Qeyd. Əti 1 saat əvvəldən soyuq suda saxlamaq və ya 1 buğum qaynatdıqdan sonra ətin kəfini təmizləyib, yenidən təmiz suda qaynatmaq məsləhət görülür.

Qalan soğanları nazik yarım halqalar şəklində kəsib, üzərinə duz, sarıkök əlavə edərək yağda qovururuq. Soğanın rəngi biraz dəyişdikdən sonra bişmiş ətləri əlavə edirik. Ardınca doğranmış göyərtiləri töküb, 3-4 dəqiqə birlikdə qovururuq. Son olaraq nar əlavə edirik.

Plov üçün düyünü əvvəlcədən isladıb, 3-4 saat suda saxlayırıq. Qaynanmış suya duz və islatdığımız düyünü əlavə edib, bişiririk. Düyü bişdikdən sonra aşsüzəndən süzürük. Qazana töküb, üzərində yağ gəzdiririk və dəmə qoyuruq. Servis edən zaman plovun üzərinə hazırladığımız səbzidən qoyub süfrəyə veririk.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir