LIMON

Səhər qaynadılmış limon suyu için – NƏTİCƏSİNƏ İNANMAYACAQSIZ

Baxış sayı: 1. 439

Arıqlamaq istəyənlər, hər səhər qaynadılmış limon suyu içsə nəticə əldə edə bilər. Son zamanlar trendə çevrilmiş bu üsul, insanlar tərəfindən çox bəyənilir. Limonlu suyun hazırlanma qaydasını təqdim edirik.

 

Tərkibi:

6 ədəd limon

Təmiz bal

Yarım litr su

 

Hazırlanması:

Limonları dilimləyib qazana tökün. Üzərinə su əlavə edib qaynamağa qoyun. Damaq dadınıza uyğun bal əlavə edə bilərsiniz. Bal, limon və su yaxşıca qarışdıqdan sonra ocağın altını söndürün. Hər səhər günə bir stəkan bu sudan içməklə başlaya bilərsiniz.

 

Qaynadılmış limon suyunun faydaları nələrdir?

İmmunitet sistemini gücləndirir. Qrip və soyuqdəymənin qarşısını alır. Həzm sistemini rahatlaşdırır və maddələr mübadiləsini sürətləndirir. Bu xüsusiyyətinə görə, yağ yandırmağa da yardım edir. Xüsusilə, bel, qarın və omba hissədəki artıq yağları əridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir