iyne

Səhhəti yaxşı olan birinin gələcək 5 il ərzində ölmə ehtimalı nə qədərdir? – ARAŞDIRMA

Baxış sayı: 1. 250

Finlandiya molekul tibb Universitetinin mütəxəssislərindən Johannes Kettunen və kollektivi, insanın 5 il ərzində ölmə ehtimalını təxmin edən qan analizi kəşf edib. Araşdırmaçılar, qandakı 4 dəyərin bu qərarı verməyə kömək edə biləcəyini bildiriblər.

5 il ərzində edilən təcrübələr yoxlanılıb.

Araşdırmada, səhhətində problem olmayan 17 min insanın qanlarındakı 100 fərqli  biomolekula nəzarət edilib.  Bu insanlardan təxminən 700-ü ürək və xərçəng daxil olmaqla müxtəlif xəstəliklər səbəbindən ölüb. Ölənlərin hamısında dörd dəyərin bənzər səviyyədə olduğu qeyd edilib.

Bu nəticələr albumin, alfa-1 asid glikoprotein, sitrat  və ligoprotein dəyərlərə görə təyin edilir. Elm adamları, bu dörd dəyərə baxaraq insanların 5 il ərzində ölüb-ölməyəcəyini anlaya biləcəklərini vurğulayıblar.

Bu səbəbdən də “ölüm testi” adlandırılan qan testi, elm aləmini iki hissəyə bölüb. Bəzi mütəxəssislər bunun etik olmadığını düşünsələr də digər qisim yeni uğur əldə etdiklərinə inanırlar.

Elm adamları hazırda insanların nə zaman öləcəyini deyil, ölümsüzlüyü kəşf etmək məqsədindədirlər. Bu səbəbdən bu tip analizləri kəşf etmək onlar üçün böyük addım hesab edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir