bustqalter

Səhv büsqalter geyindiyinizi göstərən 3 işarə

Baxış sayı: 2. 812

Şıq büstqalter, cəlbedici büstqalter, günlük büstqalter deyərkən, iç camaşırı süyürməmiz büstqalterlərlə dolub-daşır. Bəs bu büstqalterlərdən neçəsi rahatdır? Büstqalterləri hansı dəyərlərə görə alırsınız? Rahat olduqlarına görəmi yoxsa tam oturduqlarına görəmi? Düzgün büstqalteri seçmək sinənin sağlamlığı üçün də çox vacibdir. Buna görə də, siz oxucularımız üçün səhv büstqalter geyinməyə işarə edən bəzi nöqtələri araşdırdıq və onlardan 3-ünü sizə təqdim edirik.

“Bunu tez çıxarmalıyam” deyirsinizsə

Əvvəlcə gün ərzində “evə gedim, tez bu büstqalteri çıxarım” deyirsinizsə, bu işdə bir yanlışlıq var. Düzdür, hər bir qadın büstqaltersiz daha rahatdır. Amma gün ərzində evə gedib rahatlanacağınız anı beyninizdən bir kənara atmırsınızsa, bunun bir səbəbi düzgün büstqalter geyinməməyinizdir. İlk olaraq, sizi narahat edən səbəbi tapmalısınız. Bu, səhv ölçü və ya səhv içli büstqalter geyinməyiniz ola bilər. Problem səhv ölçüdürsə, bunu uyğun ölçülü büstqalerlə həll etmək olar. Yox, əgər problem içlikdədirsə, o zaman içliksiz və ya fərqli içlikli büstqalterlərə yönəlik seçim edin. Məsələn, incə krujevalı büstqalterlər çox rahatdır və əyninizdə olduğunu hiss etməyəcəksiniz.

Büstqalterin ipləri zəhlətökürsə

Əlbəttə səhv büstqalter geyindiyinizi göstərən əsas işarələrdən biri də, iplərdir. İplər çiyninizi çox sıxır və ağrıdırsa, çiyninizdən sürüşüb düşürsə, mütləq büstqalterinizi dəyişməlisiniz. Əgər ipləri düzgün ayarlayırsınızsa və yenə də, bu problem yaranırsa, deməli, bu büstqalter sizlik deyil. Büstqalterin duruşuna təsir edən iplər düşündüyümüzdən də vacib faktordur. Bir büstqalterdə axtardığınız dik sinə duruşudursa, bu işdə iplərin rolu böyükdür. İplər çox sıx olarsa büstqalterinizi yuxarı dartar, bu da büstqalterin öndən və arxadan qalxması deməkdir. Çox boş olarsa da, sinə dik dayanmaz. Nəticə olaraq, ipləri heç də boş hesab etməyin.

Büstqalterin metalı batırsa

Ən narahat edən səbəblərdən biri də, budur! Davamlı batan büsqalter metalı sizi işinizdən ayırır, narahat edirsə, deməli, düzgün büstqalter geyinməmisiniz. Həm də, büstqalterin metalının batması sinə toxumalarına da zərər verə bilir. Büstqalter metalı sinənizi nə sıxmalı, nə də ki, sinəyə tam oturmayıb havada qalmalıdır. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir