seker xesteliyi

Şəkərdən də təhlükəli gizli şəkər: Əlamətlər, analizlər

Baxış sayı: 2. 278

Çox zaman şəkər olmadığını düşünən insanların şəkərli diabetin gizli və çətin forması olan latent formadan xəbərləri yoxdur. “Gizli şəkər” adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə güclü zərbəsini vurur.

-Yaş həddi – daha çox 50 yaşından yuxarı insanlar bu xəstəliyə tutulur. Gizli şəkər onların görmə qabiliyyətinə ilk zərbəni vurur.
-İrsi, genetik – genotipində diabet olan insan
-Ağır bədən çəkisi, köklük – bu insanda maddələr mübadiləsi pozulur, qlükoza tolerantlığı dəyişir və gizli diabet başlayır.
-Hamiləlik – hamilə qadının orqanizmində insulin sintezi dəyişir. Buna yol verməmək üçün hamilə qadın sağlam qidalanmalı, daim yoxlanmalı, endokrinoloq nəzarətindən olmalıdır.
-Mədəaltı vəz problemləri – orqanın funksiyası pozulduqda, lazımi qədər insulin ifraz olunmur.
Zamanla gizli şəkər qan damar sisteminə neqativ təsir edir, onlar dartılır, kirəclənir. Bu da qəfil insult və infarkta səbəb olur.
Əlamətləri:
Uzun illər özünü göstərməsə də, bəzi simptomlardan bilmək olar:
-Dərinin müəyyən zamanlarda möhkəm qaşınması, qabıqlanması – qanda yüksək şəkəri olan insanda mikroorqanizmlərin təsirindən dərinin müdafiə qabiliyyəti düşür.
-Ağızda quruluq, çat və daim susuzluq – yanında daim su gəzdirən insan gizli şəkəri mütləq yoxlatmalıdır.
-Bədən kütləsində qəfil dəyişiklik – insan həm kökələ, həm də sürətlə arıqlaya bilər. Adamda vəhşi iştaha yaranır və şirniyyata meyilli olur.
-Yuxululuq, hər xırda bir səbəbə qıcıqlanma
-Görmənin zəifləməsi, bulanması
-Yaraların gec sağalması
-Əhval-ruhiyyənin pis olması, əsəbilik
-Aşağı ətrafların paresteziyası, uyuşması
-Beyində yorğunluq hissi
-Tez-tez infeksiyalara yoluxma
-Ürəkdə səbəbsiz ağrılar
-Başgicəllənmə
-Qadınlarda dırnaq və saçların zəifləməsi, tökülməsi, dərinin ləkələnməsi, qaşınma

Ən çətini diaqnozdur
Medicina.az endokrinoloq həkim Lamiyə Nəbibəylidən gizli şəkərin necə təyin olunnası barədə soruşub. “Qəribəsi odur ki, qan və sidik analizi heç bir dəyişiklik göstərmir. Gizli şəkəri yeganə göstərən metod – qlükozatoleratlıq testidir. Analiz zamanı insan 3 dəfə qan verir: biri səhər acqarına, ondan sonra 75 qram qlükoza içir və ya şirin qida qəbul edir, 1 saat sonra ikinci analiz, daha sonra 2 saat sonra yenidən üçüncü analiz götürülür. Bu analizlər insan qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyasını öyrənir. Əgər gizli şəkər aşkar olunarsa, pasiyent daha geniş müayinələrə cəlb olunur və müvafiq müalicə təyin edilir. Tibbdə gizli şəkər diabet xəstəliyinin önü olan mərhələ hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq sizin əlinizdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir