SEVGİ

“Səni sevirəm” demək üçün nə qədər gözləyirik? – ARAŞDIRMA

Baxış sayı: 176

Çoxları üçün sevgilisindən “səni sevirəm” sözünü eşitmək bahalı hədiyyələrdən daha vacibdir. Amma qadınlarla kişilərin o sözü ilk dəfə eşitmə müddətləri fərqlidir. Kişi vurulubsa, çox keçmədən hislərini həmin qadına bildirmək istəyir. Qadınlarsa bu mövzuda olduqca təmkinlidirlər. Kişilər təqribi 88 gün “dözə bilirlərsə”, qadınlar 134 gün hislərini gizlətməyə və “səni sevirəm” sözünü deməməyə nail olurlar.

İngiltərədə aparılan araşdırmaya görə, kişilərin 39 faizi ilk ayda “səni sevirəm” deyir. Qadınlarda isə bu rəqəm cəmi 23 faizdir. Kişilərin üçdə biri (33 faiz) münasibətlərinin ilk ayında sevgilisini ailəsi ilə tanış edir. Qadınlar bu mövzuda da kişilərdən inadkardırlar. Cəmi 25 faiz qadın sevgilisini ailəsinə təqdim edir.

“YouGov”un “eHarmony” üçün apardığı araşdırma göstərir ki, “kişilər xüsusi günləri xatırlamır” fikri heç də doğru deyilmiş. Məsələn, kişilərin 77 faizi ilk dəfə nə vaxt “səni sevirəm” dediyini xatırlayır, cəmi 5 faizi isə sevgilisinin əlini nə vaxt tutduğunu xatırlamır.

18 və 24 yaş arası gənclərin daha cəsarətli olduğunu düşünənlər yanılırmışlar. Demə, gənclər ilk dəfə əl-ələ tutuşmaq və ilk öpüşdə daha utancaq davranırlar.

“Səni sevirəm” deyiləcəyini necə hiss etməli?
Yuxarıda qeyd etdiyimiz araşdırmaya görə, kişilər təqribən 88 gün səbir edirlər. Ancaq qadınlar bu sözü onlardan daha tez eşitməyə can atırlar və şübhələr onları narahat edir. Bu şübhələri yox etmək üçün nə etməli?

Seçimi sizsinizsə…
Sevdiyiniz insan ailəsi, yaxud dostları ilə keçirəcəyi vaxtı sizinlə keçirirsə, demək ən azı sizdən xoşu gəlir. Ailəsi və dostları ilə tanış etsə, bilin ki “səni sevirəm” sözü də “yoldadır”. Yox əgər sizi ətrafındakılardan aralı tutmağa çalışırsa, təhlükə siqnallarınızı işə salın və münasibətin istiqamətini istədiyiniz məcraya çəkməyə çalışın.

Siyahı böyükdürsə…
Bəzi kişilər münasibətlərini kateqoriyalara bölürlər. Bir qadınla seksual istəklərini reallaşdırıb, digəri ilə sadəcə görüşə, bəzən üçüncü birinə də vurula bilirlər. Ona görə də hansı kateqoriyaya uyğun gəldiyinizi müəyyənləşdirin. Sevgi axtarırsınızsa, bunu onun ən xırda hərəkətlərindən də hiss edə bilərsiniz. Bunun üçün sizə  etdiyi jestləri, yazdığı mesajları, sürpriz görüşləri, dediyi sözləri bir yerə yazın, siyahı sizi heyrətləndirirsə və gözlədiyinizdən böyükdürsə, demək sizi sevir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir