yukhulu

Sərfəli və dəbli – Yeni yaranmış yerli brendlər

Baxış sayı: 2. 234

Geyinib-keçinmək xanımların bəlkə də ən gözəl fəaliyyətidir. Amma bəzən “uçan” qiymətlər qadınların bu fəaliyyətinə mane olur. Bəzən də cibimizı uyğun və dəbli yerli brendlərin olmamasından şikayətlənirik. Lakin son bir neçə ildə ölkəmizdə də dəb sahəsi pillə-pillə irəliləyir. Və son bir ildə bir neçə yerli brend yaranıb ki, onlardan 5-ini sizin üçün seçmişik.

NAVEEN

2016-cı ildə gənc bir xanım Nəzrin Ağarzayeva 16-30 yaşlı xanımlarımız üçün Azərbaycanın ilk sərfəli və eyni zamanda dizayner geyim brendini yaratdı. Naveen brendi onlayn formada öz satışını həyata keçirdir. Brendin geyimləri ölkəmizdə sıfırdan hazırlanır və hər mövsüm yeni kolleksiya təqdim olunur. Saytda olan toxunma və bəzi dizaynlar Nəzrinin xalasına aiddir. Cibinizə uyğun, trendlərlə ayaqlaşan və keyfiyyətli yerli brend axtarsanız NAVEEN-ə müraciət edə bilərsiniz.

By Aynur Khalilova

Bütün xanımlara individual yanaşan By Aynur Khalilova yeni yaranan milli geyim brendimizdir. Bu yerli brendin kolleksiyalarında hər bir xanıma uyğun, istənilən dizaynda geyim tapa bilərsiniz. Kolleksiyalar gündəlik və ziyafət geyimlərindən ibarət olmaqla yüksək keyfiyyətli parçalardan tikilir.

SeVArt Couture

SeVArt Couture Sevinc Məmmədova tərəfindən yeni yaranmış yerli brenddir. Butik və ateliyer şəklində fəaliyyət göstərir. Butikdə Sevinc Məmmədovanın dizayn etdiyi geyimlərlə yanaşı, Laco brendinin yaradıcı rəssam-dizayner Lalə Ağayevanın da geyimlər satılır. Sevinc Məmmədovanın kolleksiyası gündəlik, kapsul və ziyafət geyimlərindən ibarətdir.

Yukhulu

Yukhulu Azərbaycanın ilk yerli gecə geyimi brendidir. Bu brenddə siz bir-birindən fərqli, zövqlü və sərfəli pijamalar görə bilərsiniz. Yukhulu Nigar Xəlilova tərəfindən yaradılıb. Brend satışını Facebook və İnstagram üzərindən həyata keçirdir. Yukhulu-nun şüarı: “Yatanda qəşəng geyin, bəlkə kiminsə yuxusuna girdin”. Qeyd edək ki, bütün xanımlar Yukhulu-da özünə uyğun gecə geyimini tapacaq. Brend ölkəxaricinə də karqo edir.

Aysha Huseyn

Aysha Huseyn də yeni yaranmış yerli brendlərdəndir. Brend gündəlik, kapsul, iş geyimlərindən ibarət sadə və hər zövqə uyğun geyimlərdən ibarət kolleksiyalar hazırlayır. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir