emin 2

Sabiq milli üzvü: “Evdə 60% mənim, 40% isə yoldaşımın…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 947

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı Azərbaycan futbolunun tanınmış siması, milli komandamızın sabiq üzvü, hazırda “Qəbələ”nin U-17 komandasının baş məşqçisi postunu tutan Emin İmaməliyevdir.

– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

– Atam futbolu çox sevirdi. Bu üzdən də heç bir problem olmadı. Əksinə, bu yolu seçdiyim üçün sevinmişdilər.

– Futbolçu olmasaydınız hansı peşəni seçərdiniz?

– Futbolçu olmasam, yəqin ki, güləşçi olardım, çünki bu idman növünü də çox sevirəm.

emin 4– Bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

Ailə qurmaq hər bir müsəlmanın borcudur. Qaldı ailə qurmağın mənfi və müsbət tərəfinə, bu baxımdan heç bir problem görmürəm. Ancaq müsbət yönlərini qeyd etmək olar.

– Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?

Şübhəsiz, evdən kənarda olmağın çətinlikləri var. Ən azı ailəm üçün darıxırdım ki, bu da problem idi. Amma bununla belə, evdən uzaqda olanda vaxtaşırı ailəmlə maraqlanır, onların üzləşdiyi çətinlikləri aradan qaldırmağa çalışırdım.

Futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

– Yox, nəyə qısqanmalıdır ki?! Hər şey qaydasındadır.

– Bir probleminiz olanda ailədə kiminlə bölüşürsünüz?

Hər hansı bir problem olanda ailəmlə məsləhətləşirəm. Amma təkbaşına həll etməyə çalışdığım çətinliklər də az olmur.

– Səmimi deyin, evdə “komandir” kimdir?

– Tam səmimi deyim ki, 60% mənim, 40% isə yoldaşımın sözü keçir.

Bildiyimiz qədər ilə iki övladınız var. Maraqlıdır, övladlarınızı sıxmağın, yoxsa onlara sərbəstlik verməyin tərəfdarısınız?

– Düzü, uşaqlarımı sıxmağı bacarmıram. Bəlkə də buna səbəb vaxtilə valideynlərimin məni sıxmamasıdır. Övladlarıma sərbəstlik versəm də, onlara səhvlərini göstərməyə və ondan nəticə çıxarmalarına çalışıram.

– Xasiyyətcə qızınız, yoxsa oğlunuz sizə bənzəyir?

– Xasiyyət baxımından qızımla daha çox bənzərliyimiz var.

emin 3– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

Bu baxımdan təəssüfləndiyim ən əsas məqam futbolla erkən vidalaşmağım oldu.

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

U-18-də çıxış edəndə Uels komandası ilə qarşılaşmada gülməli bir epizod olmuşdu. Həmin matçın gedişində rəqib oyunçu uzaq məsəfədən qapımıza zərbə endirdi. Qapımıza tərəf istiqamətlənən topun traektoriyası elə idi ki, “çərçivə”dən yan keçəcəyi dəqiq idi. Buna görə də müdafiəyə çəkilməyib hücum haqqında düşündük. Ancaq sonradan arxaya baxanda rəqibin künc zərbəsi vurmağa hazırlaşdığını gördük. Sən demə, qapıçımız topu tutmaq istəyərkən əlindən buraxıbmış. Nə yaxşı ki, həmin epizodda top qapı xərttini keçməmişdi. Sonradan həmin məqama görə xeyli gülmüşdük.

 

Söhbətləşdi: Tural Məmmədov

emin 5

 

 

 

 

 

 

 

 

 

emin 1

Emin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir