sabun

Sabun xərçəng yaradır

Baxış sayı: 1. 800

Mətbəxdə istifadə olunan bir çox vasitələrin tərkibində və sabunda olan antibakterial maddə – triklozan insanın qara ciyəri üçün çox təhlükəlidir və orqanizmdə xərçəng yarada bilər. Bununla bağlı Kaliforniyanın San-Dieqo Universitetinin tədqiqatçıları araşdırma aparıblar.

Publika.az-ın “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, nəticələr o qədər əhəmiyyətli olub ki, hətta ABŞ Elmlər Akademiyası bununla bağlı noyabrın 17-də təcili toplantı da keçirib.

Tədqiqat siçanlar üzərində 6 ay ərzində (insan həyatının 18 ilinə ekvivalent olaraq) aparılıb. Gəmiricilərə müxtəlif dozada triklozan maddəsi verilib. İstifadə olan maddə heyvanların ciyərlərində problem yaradıb. Məlum olub ki, triklozan maddəsi detoksikasiyanı təmin edən zülalların istehsalına təsir edir və bu da şişlərin əmələ gəlməsinə səbəb olur.

Alimlərin araşdırmalarına görə, insanların 75%-nin sidiyinin tərkibində triklozan maddəsi var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir