Saç boyaları

Saç boyaları xərçəng əmələ gətirir – ARAŞDIRMA

Baxış sayı: 2. 237

Gözəl və cavan görünmək hər yaşda, hər kəsin arzusudur. Ancaq bəzən gözəlləşmə həvəsi xəstəlikləri də bərabərində gətirir. Dünya Qida və Tələbat Maddələri Yoxlama və Sertifikalama Araşdırmaları Dərnəyi aparılan araşdırmalarla bəzi saç boyalarının lenfoma və sidik kisəsi xərçəngi kimi xəstəliklərə səbəb olduqlarının aşkar edildiyini bildirib. Açıqlamaların nəzərə alınmalı, araşdırmaların bu məhsulları satmağa çalışan ölkələrin elm adamları tərəfindən edildiyini və xərçəng riski daşıyan bu növ məhsulların istifadə edilməməsi ifadə edilir.

 

Lenfoma xərçəng riskini artırır
Daha gözəl və ya daha cavan görünmək üçün saç boyamağa davam edənlər bu cür saç boyamaq xəstəliklərə yaxalanma riskini gözə almış olurlar. Saç boyalarının, lenfoma xərçəngi riskini artırdığı, yeni bir tədqiqatda daha aşkar edildi.Barselonadakı Katalan Onkologiya İnstitutundan Doktor Silvia de Sanjose ilə həmkarlarının araşdırması saç rəngləndiricilərinin 1980-dən əvvəl istifadə etməyə başlayan qadınların lenfoma riskini artırdığı vurğulanıb.

 

19% daha çox xərçəng riski var
Araşdırmada, saçlarını boyayanlar arasında bu xəstəliyə yoluxma riskinin 19 faiz çox olduğu bildirilərkən, saçlarını ildə 12 dəfə və ya daha çox boyayanların xəstəliyə yaxalanma riskinin yüzdə 26 daha çox olduğu qeyd edilir. 15 il ərzində saçlarını tez-tez xüsusilə də tünd rənglərlə boyayan qadınlarda sidik kisəsi xərçənginə yaxalanma riskinin heç boyamayanlara nisbətən 3 dəfə daha çoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir