sac

Saç rəngini de, kim olduğunu deyim – TEST

Baxış sayı: 2. 709

Bir qadının ilk nəzərə çarpan yeri saçlarıdır. Buna görə ən çox qulluq etdikləri, istəyi kimi olmayanda özlərini pis hiss etdikləri, gözəl olduğunda qadının yerişini belə dəyişdirməsinə səbəb olan da elə saçlarıdır.

Saçlarımız haqqımızda çox məlumat verir – ruh halımızı, həyatımızdakı dəyişiklikləri… Saçlar bir qadının güvəninin açarıdır.

Saç sağlamlğı psixoloji bir halla əlaqəlidir. Psixoloji halımız saç rəngini və formasını dəyişdirməmizə də səbəb olur.

Əhəmiyyətli bir xəstəlik yaşamağımız belə saç rəngimizi dəyişdirmək üçün əsasdır. 45 və yuxarı yaşlarda olan qadınların saçları uzun illərdir tünd rəngdə olsa da, ani bir qərarla açıq qızılı rəngə boyaya bilərlər. Əslində bu dəyişimdə həm qərarlı olurlar, həm qərarsız. Bu qadınlar düz 15 gün boyunca ərinin bu haqda fikrini öyrənərlər. Kişi “dəyişdirmə, saçının rəngi qəşəngdir”, – dedikdən sonra saçının rəngini dəyişər. Bu cür qadınların şüurlarının altında yeni dostlarla tanış olmaq, yaşlılıq, dəyişmə ehtiyacı, fərqlilik yaratmaq, ciddi sağlamlıq problemi ilə qarşılaşmaq kimi səbəblər yatır. Bu qadınlar çox halda saçlarını qırmızı rəngə boyayar, ancaq kəsdirməzlər.

45 yaşdan yuxarı qadınlar isə çox ani bir qərarla saçının rəngini çox açığa, qızılı sarı rəngə boyayar və qısa kəsdirərlər. Qadınların düşüncəsində yaşım keçdi, bir ər tapmalıyam qayğısı, dost əhatəsini dəyişmək, imic dəyişmək kimi səbəblər durur. Bu tip qadınlar geyimlərində radikal dəyişikliklər etməyə çalışırlar.

Saç rəngini hər gün bir rəngə boyayan qadınlar öndə olmaq istəyir. Bu qadınlar yaşı neçə olur olsun, şəxsi həyatında sıxıntılar yaşayan, dostları ilə yola getməyən, həmişə özünü öndə göstərməyə çalışan bir tip olurlar. Bu qadınların televizorda gördüyü sənətçiyə özünü bənzətməyə çalışması, özünü bəyənmək kimi düşüncələri olur.

Ani bir qərarla saçlarını qısa kəsdirən, sarıya boyayan qadınlar öndə, diqqət mərkəzində olmaq üçün buna çalışır. Həyat yoldaşından boşanmaq, sevgilisindən, ya nişanlısından ayrılmaq, ona xəyanət edən həyat yoldaşını itirməmək üçün çalışan, bəyəndiyi bir kişinin diqqətini çəkmək, daha cazibədar olmaq düşüncəsində olan qadınlar bu cür ani qərarlar verərlər.

Sarı saç gənc hiss elətdirir. Həmişə sarı saç istifadə edən 20 yaşlı qadınlar “məndən gözəli yoxdur, saçım sarı olmasa, çirkin görünərəm”, – deyir. Diqqət çəkmək, kompleks kimi xüsusiyyətləri yoxdur.

45 yaşlı uzun sarı saçlı qadınlar özünü hər kəsdən gözəl, fərqli hiss etməyə, “mən hələ gənc qız kimiyəm, hər zaman gözələm” düşünməyə çalışsa da, daxillərində özlərinə güvənsizlik yaşayırlar.

Gözdən düşdüyünü hiss edən qadınlar dəyişiklik etmək üçün saçlarını qırmızıya boyayırlar.

Yaşlandığını düşünən, həyat yoldaşı ilə arasında problemi olan, həyat yolaşından intiqam almaq istəyə , gənc görünmək, seksual olmaq, öz başını qatmaq istəyən,  həyatdan bezən, ümidsiz olan qadınlar ani olaraq saçlarını qısa kəsdirirlər.

40 və irəli yaşlarda olan qadınlar həyat yoldaşının diqqətini çəkmək, problemlərinə əhəmiyyət verməmək, imic dəyişdirərək şəxsi sıxıntılarından xilas olmaq istədiyi üçün qaynaq qoymaq və saç uzatmaq istəyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir