sac rengi

Saç rəngini açmağın TƏBİİ ÜSULLARI

Baxış sayı: 2. 540

Necə? Bu materialda sizə saç rəngini açmağın təbii yollarını təqdim edirik:

Çobanyastığı xüsusilə solğun sarı saçlar üçün təsirlidir. Saç uclarını həftədə 1 dəfə çobanyastığı çayı ilə yumaq saçlarınıza parlaqlıq verəcək. 1-2 fincan çobanyastığı çiçəyini 6 stəkan suya əlavə edib yarım saat dəmləyin. Dəmləmdikdən sonra azca nəmləndirdiyiniz saçlarınıza tökün. Yarım saat saxladıqdan sonra bol suyla yuya bilərsiniz.

Balın tərkibindəki hidrogen peroksid saçın rəngini təbii yolla açmağa kömək edər. 1-2 fincan saç kreminin içərisinə 3, ya 4 fincan bal əlavə edin. Nəmli saça bu qarışımı sürtüb plastik saç əşyasıyla bağlayın və 8 saat saxladıqdan sonra yuyun.

Limon da saç rəngini açır və daha parlaq, canlı saçlara sahib olmanıza kömək edər. Yaxşı nəticə əldə etmək üçün yenicə sıxılmış limon suyundan istifadə edin. Limon suyu və suyu qarışdırın. Sprey şüşəsinə töküb saçınıza sıxın. Bunu ən çox günəşli havalarda edin, çünki limonun öz təsirini göstərməsi üçün istilik vacibdir. Bundan sonra saça qulluq etməyi də unutmayın. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir