Young Brunette Woman Spraying Hairspray --- Image by © Joerg Steffens/Corbis

Saç spreyi yalnız saçlar üçün deyil – 10 fərqli istifadə qaydası

Baxış sayı: 2. 141

Saç spreyini sadəcə saçlar üçün deyil, evin fərqli işlərində də istifadə edə bilərsiniz. “Gencaile.az” saç spreyinin 10 fərqli istifadə qaydasını təqdim edir.

 

Corab süzülmələri: Neylon corablar barmaq qismindən daha çox süzüldüyündən, yeni aldığınız corabın burnuna saç spreyi sıxaraq, daha uzun müddət geyinə bilərsiniz.

 

Ayaqqabılar üçün: Boya ilə parıldatdığınız ayaqqabıların üzərinə saç spreyi sıxsanız, daha uzun müddət davam gətirər.

 

Parlaq dırnaq boyaları: Pedikürdən sonra saç spreyini ayaqlarınıza sıxsanız, dırnaq boyası daha parlaq və uzunömürlü olar. Anaca ayağınızda açıq yara varsa, vurmayın.

 

Şəkilli qaşlar: Saç spreyini bir diş fırçasına sıxıb sonra qaşlarınızı onunla darayıb şəkil verə bilərsiniz.

 

Rəsmə lak təsiri: Uşaqların istifadə etdiyi rəngli boyalar zamanla solar. Əgər uşağınızın çəkdiyi rəsmi çərçivəyə salıb yadigar saxlamaq istəyirsinizsə, şəklə saç lakı sıxın. Rəngləri uzun müddət canlı qalacaq.

 

Tül pərdələr: Tül pərdələri təmizlədikdən sonra hər qatın qurumasını gözləyərək, bir neçə qat sprey sıxın. Daha uzun müddət təmiz görünəcək.

 

Təzə çiçəklər: Həyat yoldaşınızın sizə verdiyi gül buketinin tez solmasını istəmirsinizsə, üzərinə 30 sm uzaqdan saç spreyi sıxın.

 

Qurudulmuş çiçəklər: Saç spreyini qurutduğunuz çiçəklərin üzərinə sıxsanız, daha parlaq görünəcək və uzun müddət qalacaq.

 

Dodaq boyası ləkəsi: Geyim, yastıq və ya digər əşyaların üzərinə dodaq boyası batıbsa, ləkənin üstünə saç spreyi sıxıb bir neçə dəqiqə gözlədikdən sonra silin.

 

Mürəkkəb ləkəsi: Mürəkkəb ləkəsinin üzərinə saç spreyi sıxıb sonra silin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir