Rena Bayramova

Saç tökülməsininin qarşısını necə almalı? – HƏKİM YAZIR

Baxış sayı: 560

Getdikcə saçtökülmə hallarına daha çox rast gəlinir. Bu da müxtəlif obyektiv və subyektiv səbəblərlə bağlıdır. Düzgün və vaxtında qidalanmamaq, vitamin baxımından zəif olan yeməklər yemək, stress, yorğunluq, əsəbilik, cürbəcür xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatları, hamiləlik dövrü, başın dərisinə yoluxan infeksion xəstəliklər, mövsümi və hormonal dəyişikliklər, mikroblar, zəhərlənmələr və s. bütün bunlar saç tökülməsinə səbəb olan əsas amillərdir. Ona görə saçın tökülməsinin qarşısını almaq üçün düzgün qidalanma əsas şərtdir.

Saçlar əsasən kökündən qan vasitəsilə qidalanır. Həm də yadda saxlamaq lazımdır ki, saç tökülməsinin əsas səbəbi ətraf mühitdən çox, daxili xəstəliklərdir. Tərkibində mis, sink olan vitaminli qidalar, xüsusən də meyvə-tərəvəz saç tökülməsinin qarşısını alır. Və bir də çalışın ki, saçınıza düşən, daha doğrusu, tüktökməyən şampun və kremlərdən istifadə edəsiniz Təəssüf ki, müasir dövrdə gellər, kremlər və yanlış balzamlardan istifadə, həmçinin hər gün saçların yuyulması və fenlənməsi, xüsusən də saçlar yaş olduqda fendən istifadə olunması saç tökülməsinin artırdığına səbəb olur.

Qadınlarda -menopauza olan dövründə  ESTROGEN hormonu azalır, yaxud da bitir, bu isə bir sıra problemlərə səbəb olur: çəkinin artması, çox tərləmələr və problemlərdən biri də saç tökülməsidir.

Bir çox kişilərdə 40-50 yaşlarda  saç tökülməsi çox sürətlə gedir və qısa müddətdə keçəlləşmə yaranır. Burada genetik amil xüsusi rol oynayır. Ailə üzvlərindən birində androgenetik alopesiya olan kişilərdə bu hala daha çox rast gəlinir!

Son dövrlər ailədə əsəb və stress hallarının artması da daha cavan insanlarda saç tökülməsinə səbəb ola bilər.

 

Saç tökülməsinin qarşısını ev şəraitində almaq üçün bir sıra prosedurları həyata keçirə bilərsiniz ki, bunları da aşağıdakı kimi sıralaya bilərik.

1) Həftədə minimum 2 dəfə maska edin, çiməndən yarim saat qabaq  2 yumurtanın sarısını+1 xörək qaşığı bal ilə qarıştırın və quru saçlariniza sürtün, diblərə əsasən və selofanla bağlayın üstünə dəsmal və 30 dəqiqə belə qalın, sonra çimməndən  öncə adi qaydada yuyun, sonra “müalicəvi” şampum istifadə edin!

2) Həftədə minimum 2 dəfə zəncəfil kökünü- 2 sm uzunluğunda, doğrayın kofemolkada və ya toz zəncəfil alın və 2 çay qaşıgı zəncəfil tozu+ 1 çay qaşığı küncüt (və ya zeytun yağı) + 2 dilim limon sıxın, maska düzəldin və sacların diblərinə vurun, üstünü bağlamayin, 10 dəgigə qalsin, sonra adi şampunla yuyun, sonunda “müalicəvi” şampun istifadə edin!

3) Həftədə 2 dəfə heyvavın suyu ilə saçlarınızı yuyun; 2 ədəd heyva bişirin öz qabığında- 2 litr suda, süzgəcdən keçirin və həmən suyu dərin qaba tökün  (şampunla işinizi kutaranda sonra, heyva suyunu istifadə edin); saçlarınızı heyva suyu olan qabının içində 3-4 dəqiqə saxladıqdan sonnra yaxalayın

4) Həftədə 1-2 dəfə saçlar yuyulandan sonra  “Pulverizator” istifadə edin!

5) ” Müalicəvi” şampun nədir?! Məsələn  “Чистая Линия” şirkətindən ola bilər,  üstündə şabalıd şəkli olsun və ya “календула” sarı gül şəkli olsun, ümumiyetlə siz, bu serialarda “От выпадения волос” tapın! 1 ay kecəndən sonra keçin “Johnson’s baby” şampun, bəli, siz, bu tip şampunları həm uşaqlarınıza, nəvələrinizə, həm də özünüzə istifadə edin!

6) Hər hansı xoşladığınız adi şampundan faydalı şampun əmələ gətirmək üçün alo suyundan qatmaq olar.  (hər dəfə baş yuyulanda həmən şampunun içinə 3-4 damla aloe vurun) Həmçinin masaj kimi saçlarınıza aloe/şampunu yeritmək və 3-5 dəqiqə qaldıqdan sonra yumaq olar.

7) Saçlarınızı gündə 2 dəfə darayın (nə az nə çox-2 dəfə), çünki diblərdəki köklərə masaj lazimdir Həmçinin saçlarınıza taxta daraqla daramağınız məsləhətdir.

Əgər saçlarınız sadəcə qurudur və tökülmürsə, həftədə bir dəfə maska kimi zeytun yağı çəkə bilərsiniz. Bunu kokos yağı ilə də əvəz etmək mümkündür. Bu, saçınızı qidalandırmasına kömək edəcək və quruluğu aradan qaldıracaq!

Bundan əlavə, əgər saçlarınız sadəcə  tez-tez yağlanırsa, 1 və ya 2 yumurta ağını (saçınızın uzunluğuna görə) 1 limonun suyu ilə qarışdırın. Maskanı saçlarınıza çəkdikdən sonra 30 dəqiqə gözləyin və yuyun!

Aldanmayin ki, mezo etdim, saclarım daha tökülmür…bu çür deyil bu iş, lakin, bilin ki, Zəli, Ozon və Mezoterapiya əsas müalicənin yanında istifadə olunsa, bir növ dəstəkverici müalicə növü kimi, kömək edər və saç tökülməsinin qarşısını ala bilər, əgər yeni başladısa!

Onu da qeyd etmək istərdim ki, saçların daha güclü olması və tökülməməsi üçün gündəlik su istehlakı da mütləqdir. Yani qadınlar gündəlik 2,5 litr su içməlidir, kişilər isə 3 litr su! Həmçinin gün ərzində: alma, giləmeyvələr, qoz, badam, qatıq, həftə içi isə  balıq, dəniz məhsullarına üstünlük verin, çünki sizə Omeqa-3, vit A, vit C, vit E, vit PP, vit B6 mütləq lazımdır!

 

DR. Rəna Bayramova

Pediatr və kliniki dietoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir