qadin

Saçlarınıza dəniz dalğası effekti verməyin sadə ipucları

Baxış sayı: 2. 391

Dənizdən çıxandan sonra saçımızda yaranan təbii dalğalar bu yay çox dəbdədir. Amma digər mövsümlərdə belə dalğalı buruqlar əldə etmək üçün saç şəkilləndirən vasitələrdən istifadə etmək məcburiyyətində qalırıq. Təkcə yayda yox, digər mövsümlərdə də, təbii dəniz dalğalı buruqlara sahib olmağınız üçün bəzi ipuclarını sizinlə paylaşırıq.

Ehtiyacımız olanlar saç ustalarının istifadə etdikləri saç maşası, qurutma feni, dəniz duzu. Bu vasitələri aldıqdan sonra saçlarınızı yaxşıca yuyun və darayın. Dəniz duzu spreyini saç diblərinizə dəyməyəcək formada saçlarınıza tətbiq edin. Saçlarınızı qıvıraraq yığın və saç sancaqları ilə bərkidin. Müəyyən müddət saçlarınızı belə yığılı şəkildə saxlayın. Bu, saçlarınızda dəniz dalğası formasını almağınıza kömək edəcək.

Əgər gözləməyə vaxtınız yoxdursa və görüşə tələsirsinizsə bu zaman qurutma fenilə saçlarınızı qıvırıb yığdıqdan sonra açmadan üstdən qurudun. Bu prosesdən sonra qıvırdığınız saçlarınızı açın və saç maşası ilə onlara bir az istilik verərək dalğaların sabitlənməsinə şərait yaradın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir