sac boyasi

Saçlarınızı boyayarkən diqqət etməli olduğunuz məqamlar

Baxış sayı: 154

Çox düşündükdən sonra saçınızın rəngini dəyişdirmək qərarına gəlmisiz, ancaq saçlarınızın korlanıb gücsüzlüşəcəyindən qorxursuz? “Gencaile.az” saçlarınızı boyayarkən diqqət etməli olduğunuz məqamları açıqlayır.

Saçlarınızı boyamadan əvvəl mütləq dərinizdə sınayın. Allergik reaksiya verib-verməyəcəyini yoxladıqdan sonra istifadə edə bilərsiz.

Saç boyalarının tərkibindəki bəzi maddələr dəri ekzemasına səbəb ola bilər. Hind xınasına qarşı allergik reaksiyanız varsa, saç boyalarına qarşı da allergiyanızın olma ehtimalı yüksəkdir.

Saç diblərinizdə çox qaşıntı, qızartı, yanma hissi oldusa, gözləmədən isti su ilə yuyun.

Qaşları boyayarkən diqqət edin! Dərinizdə hər hansı bir allergik reaksiya ilə qarşılaşdınızsa, saçınız üçün istifadə etdiyiniz boyanı qaşların rənglənməsi üçün istifadə etməyin.

sac

Saçınız kirli ikən boyayın. Təmiz saç diblərində məsamələr açıq olduğu üçün göynəmə daha çox hiss olunur.

Boyamadan əvvəl saçların tam quru olması mütləqdir.

Yaxşı nəticə əldə etmək üçün saçınızı kiçik hissələrə ayırıb dibdən uclara doğru boyayın.

Boya qutusunun üzərindəki məsləhətlərə bir-bir əməl edin.

Boyanı saçınızda uzun müddət saxlamayın.

Saça rəng verən kimyəvi maddələri bir-biri ilə qarışdıraraq tətbiq etməyin. Saçı yenidən rəngləmək üçün 4 həftə gözləyin.

Saçınızın sadəcə boyasını yuyun. Boyadıqdan sonra saçın uc qisimlərinə saç kremləri vurun.

Hamilə ikən ilk üç ay saç rəngləmək olmaz. Üç aydan sonra da bitki tərkibli boyadan istifadə edin. Südvermə dövründə də saç boyamaq bir qədər təhlükəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir