ev

Sadə və dəbli ev dekorasiyası üçün nələrə diqqət etməli?

Baxış sayı: 200

Evinizdə sakitlik və rahatlıq yaratmaq arzusundasınızsa, sizin və ailənizin gözünü oxşayacaq və sizi sakitləşdirib rahatladacaq rənglərdən istifadə etməlisiniz.

Rəng seçimi vacibdir

Sezonun dəbli və sakitləşdirici rənglərindən istifadə edərək evinizin dekorasiyasında modernlik yarada bilərsiniz. Hansı otaqda hansı rəngdən istifadə etməli olduğunuzu ilk öncə yaxşı bilməlisiniz ki, eviniz sizə rahatlıq gətirsin. Bunun üçün məqaləmizi sona qədər oxumağınız kifayətdir.

Təbiiliyin ən gözəl rəngi pudra rəngidir

Evinizin görünüşünə həm zəriflik, həm də sakitlik qatmaq istəyirsinizsə, ilk seçiminiz pudra rəngi olmalıdır. 2016-cı ilin ən dəbli rəngləri çəhrayı tonları olduğu üçün seçdiyiniz pudra rəngi ilə bərabər evinizin dekorasiyasına həm zəriflik həm də dəb gətirəcəksiniz.

Topraq rənginin ən gözəl tonları boz və qəhvə rəngi

Evinizdə təbiətin sizə verdiyi sakit və rahat atmosferdən faydalanmaq isəyirsinizsə, boz və qəhvə rənglərinin bərabərliyinə yer verməlisiniz. Torpaq tonları təbii gözəlliklə bərabər evinizdə sadə dəb yaradacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir