arzu bagirova

Şagirdlərin inkişafında müəllim psixologiyasının rolu

Baxış sayı: 311

Uşaqlar bizim gələcəyimizdir. Biz gələcəyimizin sağlam nəsil olmağını istəyiriksə, onların yalnız bədən sağlamlığı ilə yox, eyni zamanda psİxalogiyyası ilə tərbiyəsinin də sağlam olmağına nəzarət etməliyik.  Hər bir müəllimin öz şəxsi üslubu və psixologiyası var və bu yöntəmə görə pedaqoji fəaliyyətinidə bu istiqamətdə qurur. Müəllimin bu cür yanaşması onun şəxsiyyətindən xəbər verir. Müəllim qarşısındakı məqsədin dəyərini  hiss etməli, əqidəsi və özünə inamından istifadə edərək bu işin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır. Pedaqoji fəaliyyətdə müəllimin şəxsiyyəti nəzərə alması vacib məsələlərdən sayılır. Müəllim gələcəyə vətəndaş, gələcəyə şəxsiyyət yetişdirir. Ona görə də müəllimin öz şəxsiyyəti inkişaf etmiş dərəcədə olmalıdır ki, o şagirdlərini də bu yöndə inkişaf etdirə bilsin. Müəllim şagirdləri başa düşməli və onların hərəkət və bacarıqlarını, uğurlarını qiymətləndirə bilməlidir.  Bəzən də olur ki, müəllim öz şəxsi xarakterinə görə şagirdlərindən uzaq düşür. Müəllim sinifdə nizam-intizamı pozan uşaqlarla ünvanlı istiqamətləndirmə texnikindən istifadə etməlidir. Belə halda müəllimin pisxalogiyyası və hazırcavablığı cox böyük rol oyanyır. Ünvanlı istiqamətləndirmədə onların hər hansı nöqsanına görə bütün sinifi onların ünvanına istiqamətləndirməlidir.

Arzu Bagirov

Məsələn, müəllim üç nəfər şagirdin saqqız çeynədiyini müşahidə edir. Müəllim – Saqqızı cıxardın! Ayıbdır! Saqqız çeynəməyin dediyi zaman bir titrəyiş yaranacaq. Amma bunu ünavnlı texniklərlə istiqamətləndirmədə istifadə etmək olar. Müəllim saqqız ceynəyən uşaqlardan bir kağız cıxarmalarını xahiş edir və bildirir ki , sizə mühim bir iş tapşıracam . Bu arada sinifin diqqəti uşaqlara yönəlir, uşaqlar da müəllim bizə nə tapşırıq verəcək deyə maraqla bu işin nəticəsini gözləyir və hazır olduqlarını bildirdilər. Müəllim saqqızları cıxarıb kağızalara bükmələrini bildirir. Bu davranış onları özü özülüyündən bir nöqsanlı davranış olaraq utandıracaq. Bütün sinfin istiqamətini onlara yönəldəcək , bu kimi davranışları onlar ikinci dəfə təkrar etməyəcəklər. Bu müəllimin özünə məxsus psixalogiyyasıdır, texsikasıdır. Bütün müəllim və şagirdlərə dərs və işlərində uğur və müvəfiqiyyətlər diləyirik.

 

Psixoloq-pedaqoq Arzu Bağırova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir