rena bayramova

Sağlam arıqlamaq üçün 20 tövsiyə – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 1. 259

Yalnız həyat tərzinizi dəyişdirərək etibarlı bir şəkildə çəki itirə bilərsiniz. Necə? Xüsusi yeməklər yemədən, bahalı pəhriz klublarına qatılmadan, yalnız həyat tərzinizi dəyişdirərək, etibarlı şəkildə artıq çəkidən xilas ola bilərsiniz. Beləliklə, “Gencaile.az” saytının “Sağlamlıq bələdçisi” rubrikasında dietoloq Dr. Rəna Bayramovanın tövsiyələrini təqdim edirik.

 

1) Artıq çəki almanın ən ciddi səbəblərindən biri yemək aralarında atışdırmaqdır. Atışdıracağınız zamanlarda su için. Artıq çəki qazanmaqdan uzaq olarsınız.

2) Soyuducunuzdan qəlyanaltılıq yeməkləri boşaldın. Beləcə həm pul xərcləməzsiniz, həm də sizi atışdırmağa itələyən səbəb yox olar.

3) Kifayət qədər yatın. Bununla yeyərək götürəcəyiniz enerjini yatarkən yığmış olarsınız.

4) Spirt, çörək və karbohidratlardan uzaq durun.

5) Qaranlıq mühitdə olmamağa və axşamlar bir saat tez yatmağa çalışın. Əgər axşam bir şeylər izləmək istəyirsinizsə, bunu qaranlıq deyil, işıqlı bir mühitdə edin.

6) Mütləq nahar edin. Bu, sizə gün içində xərcləməli olduğunuz enerjini verəcək və günorta yeməyində çox acmayacaqsınız.

7) Axşamçağı saatlarında yemək istəyi hiss etdikdə sevdiyiniz bir musiqini dinləyin. Araşdırmalar göstərir ki, musiqi dinləyərkən və sevdiyiniz bir yeməyi yeyərkən beyninizin eyni bölgəsi xəbərdar edilir.

8) Ayaq üstdə heç bir şey yeməyin.

9) Yaşıl çay için. Araşdırmalar göstərir ki, yaşıl çay içmək bədəndəki kalorilərin yandırılmasında çox təsirlidir. Gündə 3 stəkan yaşıl çay içməyə çalışın.

10) Yediyiniz şeyə köklənməyə çalışın. Televiziya seyr edərkən, bir şeylər oxuyarkən, ya da e-maillərinizə cavab verərkən yeməyin.

11) Çölə çıxın. Gündə ən az 45 dəqiqə çöldə oturmağa, ya da yeriməyə diqqət göstərin. Çünki gün işığı yemək istəyinizi nəzarətdə saxlamağınıza köməkçi olur.

12) Sağlam şeylər yeyin. Çöldə yemək yediyiniz zaman soussuz salata üstünlük verin.

13) Özünüzü çox məcbur etməyin. Diet proqramınızı tutarkən 1500 kaloridən aşağı düşməməyə diqqət edin.

14) Bağça işləri ilə məşğul olun. 1 saat bağça işi ilə məşğul olmaq 500 kalori yandırmanızı təmin edər.

15) Lift istifadə etmək əvəzinə nərdivanla çıxın.

16) Ev işi görərək də kalorilərdən qurtulmaq mümkündür. Kiçik ev işləri daha məqsədəuyğun sayılır.

17) İplə hoppanın. Bu, möhtəşəm bir məşqdir və digərlərindən daha əyləncəlidir.

18) Tez-tez, amma az yeyin.

19) Şokoladı çox sevirsinizsə, hər axşam bir parça (kiçik, təbii ki…) şokolad yeyin.

20) Özünüzü çətinliyə atmayın, hər şey beyində bitər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir