sevgi

Sağlam münasibətin 13 əlaməti

Baxış sayı: 198

Xoşbəxt cütlük görəndə ətrafdakı insanlar ürəklərində həmin an deyirlər: “Necə də xoşbəxtdirlər”! Əslində hər bir münasibətdəki əlaqələr gözəl ola bilər. Bunun üçün “Gencaile.az” Foxy.az-a istinadən sizinlə sağlam münasibət üçün gərəkli olan hiyləgərlikləri paylaşır.

1.   Onunla güvəndə olduğuna əmin ola bilərsən və o sənə nə mənəvi, nə də ki, fiziki olaraq dəhşətli nəsə bir şey etməz. “Pis oğlanlar” yalnız kinoda yaxşıdır.

2.  Sən yəqin bilirsən ki, onun sənə münasibəti necədir. Bir insan öz hərəkətləri və davranışları ilə sənə eyham vurur ki, səni sevir və sənə də çobanyastığıda cavab axtarmaq gərəyi qalmır ( sevir-sevmir).

3.  Sən onu dəyişdirməyə çalışmırsan və bunu arzulamırsan: az içsin, daha səliqəli olsun…Sağlam münasibətdə sən münasibətdə olduğun insanı necə var elə də qəbul etmiş olursan.

4.  Həyat mübarizədir amma əlbəttə ki, sevgilinlə yox. Pis münasibət sizin qazanmağa çalışdığınız döyüş kimidir. Yaxşı münasibət isə görüşdüyünüz an taleyin mükafatını aldığınızdır.

5.  Çətin ki, nə vaxtsa dostlarına görə şikayətlənəsən. Bu münasibət əvvəlki yaşdakılar kimi deyil ki, hər keçmiş rəfiqəsi ilə olan qısa sms-lər aranızda bitib-tükənməyən müzakirələrə bəhanə olsun.

6.  Onun sanki nəsə gizlətməsi haqqında heç bir şey hiss etmirsən. Sən bilirsən ki, sevgilin səninlə hər şeyi açıq danışır. Sən ondan “sənin bilməməyin yaxşıdır”, “mənə vaxt lazımdır, mən bu haqda danışmağa hazır deyiləm” kimi ifadələr eşitmirsən. Sən ondan kifayət qədər diqqət, sevgi, qayğı, səmimilik alırsan və sənə ondan bütün sözləri kəlbətin ilə dartmağa ehtiyac qalmır.

7.  Münasibətlərdə inciklik, qısqanclıq, qisas və digər axmaq xüsusiyyətlərə yer yoxdur. Onu hər hansı söhbətə məcbur etmək, hansısa səhvinə və ya qısqanclığa görə cəzalandırmaq sənin işin deyil.

8.  Bir-birinizi mühakimə etməyin və qarşılıqlı səmimi olun. Ən yaxın adamların bir-birinə qarşı qeyri-səmimiliyi anlaşılmazdır.

9. Gələcək haqqında açıq danışmaqdan qaçmayın. Təbii ki, bu elə birinci görüşdəcə uşaq haqqında düşünmək demək deyil. Artıq bir il sonra münasibəti hansı istiqamətdə irəlilətməyi düşünməyin əsl vaxtıdır.

10.Ətrafınızdakılar sizi cütlük kimi qəbul edirlər. Dəvət olunduğunuz harasa ikinci dəfə yenə dəvət olunursunuz.

11. Hətta mübahisə etmiş olsanız belə, bilirsiniz ki, bu münasibətin sonu deyil. Sevən insanlar həmişə nəyəsə görə mübahisə etsələr də ortaq məxrəcə gələ bilirlər.

12. Əgər o sənin zəng və mesajlarınıza cavab verə bilmirsə, həmin an narahat olmayın. O an düşünmək lazım deyil ki, o səni atıb harasa çıxıb gedib.

13. Sən əvvəlki münasibətlərin haqqında düşünürsən və təəccüblənirsən ki, indi olduğu kimi daha azına qane ola bilərdin. Axı indi bilirsən həqiqi, sağlam münasibət nədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir