zinet əsyalari

Sahiblərinə ölüm gətirən lənətlənmiş zinət əşyaları

Baxış sayı: 1. 968

Onlar dəhşətli dərəcədə gözəl və çox dəyərlidirlər. Lakin bu zinət əşyaları öz sahiblərinə yalnız bədbəxtlik, ölüm gətiriblər. Hitleri öldürən XII Alfons üzüyü, Puşkini qanına qaltan edən Meşel brilyantı. Bu, cəfəngiyyat deyil. Bu, onlar haqqında deyilən tarixi rəvayətdir.

“Gencaile.az” lənətlənmiş zinət əşyaları ilə bağlı marqlı məlumatları təqdim edir.

Belə daşlardan biri “Oscar” mükafatı zamanı verilən “Ümid” brilyantıdır. Bu daşın ilk  sahibərindən olan Mariya Antuanetta və Kral Luinin boyunları vurulub, şahzadə Lamball toplum tərəfindən ölümünə döyülüb, Jan Kole intihar edib, Surbaya və Simon Montaride yol qəzasında ölüb.

“Qartal” qara brilyantı

Bu daş “Braxma gözü” də adlanır. Çünki daş Hindistanda Pondiçerridə Braxma bütündən oğurlanıb. Deyilənlərə görə, ona sahib olan insanların hamısı sonda intihar ediblər. Bu daşı 1932-ci ildə ABŞ-a gətirən C. Peris Nyu-Yorkda göydələndən özünü atıb. Daşın növbəti sahibi rusiyalı knyaz qızı Nadejda Orlova və Leonila Qaliçına-Bariatinski bir neçəay fərq ilə özlərini Romada binadan atıblar. Daha sonra daşın üzərindəki lənəti götürmək üçün onu üç hissəyə ayırırlar. Bundan sonra daş haqqında hər hansı bir məlumat alınmır. Ta ki 2006-cı ildə Hollivud aktyoru Felisiti Hoffman bu daşı “Oskar” mükafatı təqdimatına taxana qədər.

“Koxinor” brilyantı

186 qram çəkisi, 1/16 karat həcmində olan bu brilyantı Londonda kralın zinət əşyalarının arasında görmək olar. O, kral ailəsinə hədiyyə edilib və 1850-ci ildə Hindistandan gətirilib. İndi həmin brilyant kraliça II Yelizavetanın tacındadır. Kraliçaya isə hələ ki, bir zərər verməyib. Bu daşı ancaq qadınlar taxa bilər. Kişilərə isə o, lənət gətirir. Brilyantı taxan kralların hər biri tacından məhrum edilib.

Dünyanı idarə edən üzük

Bu üzük Romada Tolkien tərəfindən hazırlanıb. İndi bu üzük “Vayn” ingilis sarayında sərgilənir və orada Tolkien yaradıcılığı öyrənilir. 12 qram çəkisində olan üzük 1785-ci ildə qədim Rim şəhəri Calleva Atrebatum yaxınlığında tapılıb. Üzüyün üstündə latınca “Seniçian, dünyada tanrıyla yaşa” sözləri yazılıb.

Dehli qırmızı sapfiri

Bu daş 30 il əvvəl London Milli Tarixi Muzeyinin kuratoru Piter Tandi tərəfindən muzeyin zirzəmisindən tapılıb. Qutunun üstündə xəbərdarlıq yazılıb: “Heç kim bu yazını oxumadan qutunu açmasın. Oxuyun, sonra necə istəyirsinizsə, elə edin. Mən məsləhət görərdim ki, onu dənizə atasınız”. Daş İngiltərəyə 19-cu əsrdə polkovnik Ferris tərəfindən gətirilib. Tezliklə Ferris və oğlu müflis olublar. Daha sonra daşa sahib olan yazıçı Edvard Heron-Allen bu daşın ona uğursuzluq gətirdiyini etiraf edib. Sonra o, daşı qutuya qoyub,  ölmədən ağzını açmamağı əmr edib. Ölümündən 3 il sonra icraçı qutunu açıb sapfiri muzeyə hədiyyə edib.

Lidya xəzinəsi

Lidya xəzinəsi dəyərli qızıl və qab-qacaqlardan ibarətdir. Onlardan hamısı yox, bəzi yaxa sancağı və boyunbağı nümunələri sahibinə bədbəxtlik gətirib.

XII Alfons üzüyü

XII Alfons üzüyünü İspaniya kralı XII Alfons 1875-ci ildə gənc xanımı şahzadə Mersedesə hədiyyə edib. Toydan iki ay sonra kraliça vərəmdən ölüb. Kraliçadan sonra üzük kralın bacısı Marii Kristinaya qalıb.

Sonralar bu üzüyün lənəti barəsində eşidən general Fransisko üzüyü Adolf Hitlerə bağışlayır. Bəzi mənbələr Hitlerin bu üzüyü ölüm gününə – 30 aprel, 1945-ci ilə qədər taxdığını iddia edir.

Meşer brilyant sırğaları

Meşer brilyant sırğaları Meşer knyazının ailəsinə mənsub olub və nəsildən nəslə ötürülüb. İri brilyant qaşlı sırğaların qədim rəvayəti var: “Əgər bu zinəti yanlış seçilmiş qadın taxarsa, onun başına faicə gələcək”. Bunu knyazlardan bir nəfər dostu Aleksandr Serqeyeviç Puşkinə danışır. Mistikalara inanan şair dostundan sırğaları bir neçə günlük götürür. O, sevimli arvadını dəlicəsinə qısqanırmış. Və qərara gəlir ki, bir eksperiment aparsın. Belə ki, sırğalar öz “işini” görür. Sırğaları taxandan bir neçə gün sonra şair dueldə yaralanır və yara ölümcül olur.

Ötən əsrin əvvələrində sırğalar Aleksandr Meşerin arvadı Yekaterinaya qalır. Ailə bu nikahı qəbul etmirdi. Knyazın bibisi gənc xanıma bədbəxt hadisələrin olacağını, bu sırğaları ancaq knyaz nəslindən birinin taxa biləcəyini, sırğanı taxan yad adamın cəzalandırıldığını deyir. Rəvayətə inanmayan gənc knyaz xanımı sırğaları taxır və onun əri ölür, sevgilisi isə onunla evlənməkdən imtina edir. O, bütün varını itirir, Oktyabr İnqilabını yaşayır, həbs olunur. 

“Sansi” almazı

“Sansi” hind almazı Avropada hersiq Burqund Karla Smelovun talismanı olub. 1477-ci il, Nansi döyüşündə Karla Smelovun ordusu məğlub olur, hersoq öldürülür. Tarixdə almazın 1570-ci ildə markiz Sansinin əlinə keçdiyi yazılır. Markiz bu daşı çox sevir və ona öz adını verir. Sonralar markiz almazı başqasına hədiyyə edir. Hansı səbəbdən verdiyi bilinməsə də, sirli daşın ailəyə gələndən sonra ailə üzvlərinin yemək yeyə, yata bilmədiyi deyilir.

Sonradan lənətli  daş necə olursa, Fransaya gəlib çıxır və tezliklə III Henrix öldürülür. Onun ardınca taxta çıxan IV Henrix ordunu saxlamaq üçün almazı satmağa qərar verir. Almazı gətirən adamı yolda öldürürlər. Almaz itir. Qiymətli daş sonradan ölünün qarnından tapılır. Bir neçə gün keçəndən sonra IV Henrixə hücum edib onu öldürürlər.

Beləcə, “Sansi” almazi gəlib çıxır Styuart sülaləsinə. Bu ailənin də faciəsindən sonra daş çatır Burbonovlara. Almaz öz sahibinə daim ölüm gətirir. Onun növbəti sahibi 16-cı Lyudovikin də ömrü çox çəkmir. Almaz hara düşürdüsə, su yerinə qan axırdı. Nəhayət, 1830-cu ildə Rusiyada Ural zavodlarının birinin sahibi Demidov almazı arvadı Karlovun qızı Avrora Şernvala verir. XIX əsrin yarısında bir neçə itki verəndən sonra Demidovlar almazı satır. Lakin kimə satdıqları haqqında dəqiq məlumat yoxdur. Sonralar  almazı Riçard Bartonun sevimli arvadı Elizabet Teylora aldığı ehtimal olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir