Mede

Sallanmış mədəni yerinə çəkmək üçün 4 EFFEKTİV ÜSUL

Baxış sayı: 2. 311

Mədə sallanması – mədə bağlarının boşalması halıdır ki, mədənin həm sinir təchizatının, həm qidalanmasının, həm də hərəki funksiyasının pozulması nəticəsində əmələ gəlir.

Mədə sallanması olan insanlarda ürəkbulanma, qida qəbulundan sonra uzun müddət mədədə yemək qalması və həzmin ağır getməsi kimi şikayətlər olur. Belə xəstələr əllərini mədə üzərinə qoyanda, sanki ürəkləri mədədə yerləşirmiş kimi əl altında ürək vurğularını hiss edir.

 

Belə hallarda nə etməli?

Bitkilərlə müalicə üzrə mütəxəssis, həkim Füzuli Hüseynov bundan qurtulmaq üçün bir neçə variant təklif edib:

Xəstə arxası üstə uzadılır, adi günəbaxan yağı ilə yavaş-yavaş mədə nahiyəsi aşağıdan yuxarıya doğru yarım saat masaj edilir. Bundan sonra xəstə qarnını bacardığı qədər içəri çəkir, həkim isə onun belini parça ilə bərk-bərk bağlayır və xəstə bu sarığı 2 saata yaxın bağlı saxlayır. Uzun müddət saxlandıqda nəticə daha da yaxşı olur. Bu müalicəni 2 həftə müddətində gündə bir dəfə etmək lazımdır.

Acı badam toxumu, onu tapmaq çətin olarsa acı ərik toxumu xırda doğranır, 1 xörək qaşığı 1 stəkan suda 10 dəqiqə dəmlənir, dəmləmə ilə arpa unu yoğrulur, xəmir edilir və mədə üzərinə qoyulub bağlanır. Bunu 2 gündən bir sağalana qədər etmək olar. Quru acı badam tumunu qəhvəüyüdəndə üyüdüb 1 stəkan suya qarışdırıb xəmir yoğurduqda daha yaxşı nəticə alınır.

Palıd qabığı 2 xörək qaşığı 1 stəkan suda 5 dəqiqə qaynadılır, süzülür, əzilib toz formasına salınmış lobya unu əlavə olunaraq xəmir yoğrulur və mədə üzərinə qoyulub bağlanır.

Heyva meyvəsinin şirəsi çəkildikdən sonra qalan tullantısından 1 stəkan götürülür, üzərinə 2 xörək qaşığı adi xına və az miqdarda su əlavə edilərək 5 dəqiqə bişirilir, sonra palıd qabığı tozu əlavə edilir, qarışdırılır və mədə üzərinə qoyulub bağlanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir