kisi

Saqqalsız kişilərə bəd xəbər

Baxış sayı: 1. 304

“Journal of Hospital Infection” jurnalında dərc olunan bir araşdırmaya görə, saqqalsız kişilər infeksiyaya qarşı saqqallı kişilərlə müqayisədə daha çox risk altındadır.

Araşdırma xəstəxananın kişi əməkdaşları üzərində aparılıb, təraş olmuş və saqqallı kişilərdən nümunələr alınıb. 408 işçinin analizləri araşdırıldıqdan sonra məlum olub ki, saqqalsız kişilər “MRSA” adlı ölümcül ola bilən xəstəxana bakteriyasına qarşı 3 dəfə daha çox risk daşıyır.

Beləliklə, saqqalın bakteriya riskini artırmadığı ortaya çıxıb. Əksinə, təraş olmuş kişilərdə bakteriyaya daha çox rast gəlinib. Tədqiqatçılar təraş olmuş dərinin bakteriyaların yaranmasına zəmin yaratdığını bildirib. Digər tədqiqatçıların fikrincə, saqqallar infeksiya ilə mübarizə aparır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir