sirniyyat

Saray burması şirniyyatı – RESEPT

Baxış sayı: 1. 255

Şərbətli şirniyyatı bir çoxlarımız sevirik. “Gencaile.az” damaq dadınızı yeniləyəcək saray burması şirniyyatının reseptini verir.

 

Saray burması üçün lazım olanlar:

1 ədəd yumurta

Bir fincan duru yağ
Bir fincan qatıq
2 stəkan çəkilmiş qoz
Bir stəkan şəkər tozu
Bir kasa əridilmiş kərə yağı

2 qaşıq sirkə

Apardığı qədər un

Şərbəti üçün:

3 stəkan su
3 stəkan şəkər tozu

Hazırlanması:

Qozdan başqa bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Xəmiri 5 dəqiqə saxladıqdan sonra bərabər kündələrə bölün. Kündələri oxlovla nazik yayın. Yayılan xəmirin içinə qozu bərabər şəkildə səpin.

Sonra xəmiri rulet formasında bükün. Digər kündələri də eyni şəkildə düzəldib soba qabına yığın. 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Bu müddətdə ocağın üzərində şərbətini hazırlayın.

Şirniyyat sobadan çıxdıqdan sonra soyumuş şərbəti şirniyyatın üzərinə tökün. Vəssalam, şirniyyat hazırdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir