sarimsaq

Sarımsaqsevərlər bu yazını oxumasın!

Baxış sayı: 816

Yaz yaxınlaşdıqca artıq çəkili qadınların dərdləri özünü büruzə verir. Arıqlamaq üçün müxtəlif çeşidli çaylar, dərmanlar ortaya çıxır və əksər hallarda bütün bunları təsiri çox qısa olur. Ekspertlərin rəyinə görə, meyvə-tərəvəzlərdən hazırlanmış dərmanlar orqanizmə xeyirdən çox, ziyan vurur və bu dərmanlar arıqlamaq istəyən şəxsləri müxtəlif xəstəliklərlə tanış edir.

Təbii yolla arıqlamaq istəyənlər isə müxtəlif tərəvəzlərdən yararlanmaq istəyirlər. Arıqlamağa yardım edən tərəvəzlərdən birinin də sarımsaq olduğu iddia edilir. Qadınlar son dönəmlərdə bu tərəzi müxtəlif formalarda istifadə edərək, artıq çəkilərindən xilas olmağa çalışırlar. Bəs doğrudan da sarımsaq arıqlamağa təsir edirmi?

 

“Gencaile.az” mütəxəssis rəylərinə əsasən, sarımsağın çəki itirməyə təsirləri barədə araşdırmanı təqdim edir.

Faydaları saymaqla bitməyən sarımsaq mütəxəssislər tərəfindən onlarla xəstəliklərin müalicə vasitəsi kimi məsləhət görülür.

Bu tərəvəz bir çox xəstəliyin müalicəsində davamlı olaraq istifadə edilir.

Sarımsaq çiy yeyildikdə qanı sulandırır və immun sistemini gücləndirir. Sarımsağın çayı hazırlananda və bişiriləndə isə bu tərəvəzin xeyirləri azalır. Bəzi adamlarda iştahanı azaltsa da, arıqlatmaq kimi möcüzəvi bir faydası yoxdur. Bu tərəvəzi hansısa arıqlamağa xidmət edən dərmanlarla eyni anda qəbul etmək isə sağlamlıq üçün zərərli ola bilər.

Sarımsağın immun sistemini gücləndirdiyini bilsək də, bu tərəvəzi çox çox yedikdə insan orqanizmində yatan müəyyən xəstəliklərin hüceyrələrini oyada bilər. Necə deyərlər, “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir