Səhər yeməyi yeyən uşaqlar daha ağıllı olur

Baxış sayı: 1. 568

Uelsdəki Kardiff Universitetinin apardığı araşdırma nəticəsində məlum olub ki, səhər yeməyi yeyən uşaqlar yeməyən uşaqlara nisbətən daha çox uğurlar əldə edir. 9-11 yaşlı 5 min uşaq üzərində aparılan araşdırmaya görə, səhər yeməyi ilə ibtidai sinif uğurları arasında birbaşa əlaqə var. Buna görə də evdə və ya məktəbdə səhər yeməyi yeyən uşaqlar normaldan 2 dəfə çox nailiyyət əldə edirlər. Lakin mütəxəssislər sözügedən nəticəni yaxşı və keyfiyyətli səhər yeməyindən sonra əldə etməyin mümkün olduğunu söyləyirlər. Araşdırmaçı mütəxəssislərdən Hannah Littlecott ağır və yağlı səhər yeməyinin uşaqlara xeyri olmadığını deyiblər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir