Şəkərə qarşı yeni vasitə

Baxış sayı: 1. 612

ABŞ-ın Ayova Universitetinin professorları orqanizmin şəkərə olan tələbatını azaldan hormon kəşf ediblər. Belə ki, qara ciyərin istehsal etdiyi həmin hormonun miqdarı kifayət qədər olduqda, insanın ürəyi şirniyyat istəmir.

Mütəxəssislər bildirir ki, “FGF21” adı verilən hormon sayəsində şəkər xəstəliyindən və köklükdən əziyyət çəkənlərin şirniyyatdan uzaq durmalarına kömək etmək olar.

Alimlər bir çox xəstəliyin orqanizmə həddən artıq şəkər daxil olması nəticəsində yarandığını xatırladıblar.

Onların sözlərinə görə, gələcəkdə “FGF21” hormonunu artıran dərmanlar istehsal ediləcək və nəticədə şirin qidalar insanların düşməninə çevrilə bilməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir