sellülit

Sellüliti olanlar oxusunlar

Baxış sayı: 1. 462

Bir çox faydası olan qəhvədən sellülitin həlli üçün də istifadə edə bilərsiz. Amma necə?

Qəhvə istifadə edərək sellülitdən qurtulma yollarını təqdim edirik.

1. Kətan toxumu yağı, novruzgülü yağı, zeytun yağı, bir az çəkilmiş qəhvə tozunu qarışdırıb sellülitli bölgənizə sürtün.

2. 1 yemək qaşığı kremi və 2 xörək qaşığı süzülmüş qəhvəni bir-birinə qarışdırın. Qarışıqdan istifadə etmədən əvvəl ilıq suyla duş qəbul edin. İlıq su qan dövranını yaxşılaşdıracaq. Duşdan çıxdıqdan sonra bədəninizi qurulayıb qarışığı sellülitli bölgənizə sürtün və barmaq ucları ilə ovxalayın. Sonra həmin bölgəni streç sellofanla sarıyın. Yarım saat saxladıqdan sonra ilıq suyla yuyun.

3. 1 qəhvə fincanı küncüt yağı, 4 ədəd döyülmüş aspirin, 4 ədəd limon suyu, 1 xörək qaşığı nanə yağı, 1 xörək qaşığı rozmarin (bibəriyə) yağı, 1 çay qaşığı kəklikotu, ½ fincan türk qəhvəsi. Bunları geniş qabda qarışdırıb təmiz dərinizə masaj edərək tətbiq edin. Bir az saxladıqdan sonra ilıq suyla durulayın. Həftədə bir dəfə tətbiq edə bilərsiz.

(lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir