bag

Sentyabrda bağ-bağçaya qulluq – Bu ay hansı işlər görülməlidi?

Baxış sayı: 805

Yeni ayda bağçamıza qulluq işləri də yenilənməlidir. Bu ay bağımıza laqeyd yanaşmamalıyıq. Gözəl və sağlam bir bağça üçün lazım olan bağçılıq işlərini görməliyik. Bəs bu ay bağçada hansı işləri görməli olduğunuzu bilirsinizmi? Gəlin birlikdə sentyabr ayında bağçamızda görməli olduğumuz işləri birlikdə gözdən keçirək.

Bağçanızı yoxlayın. Zədələnən bitkiləri, bəzək hovuzunu, suvarma sisteminizi təyin edib, lazimi tədbirləri görün.

bag 1

Quruyan və ya zədələnən bitkilərinizi budayın, təmizləyin və bağınızdan çıxarın. Budadığınız hissələrə peyvənd pastası tətbiq etməyi unutmayın.

Çəmənliyinizin bitki örtüyü olmayan hissələrini düzəldin. Çünki payız yağışları çəmən səthlərinizə zərər verə bilər.

Çəmənliyinizin göbələk və yosun hissələrini təmizləyin və uyğun göbələk dərmanı tətbiq etməyi unutmayın.

Bağçanızı alaq otlarından təmizləyin. Onun ölçüsündən asılı olaraq alaq otlarını əl ilə və ya dərman vasitəsi ilə təmizləyə bilərsiniz.

bag 2

Bağınızı quru meyvə və tərəvəzdən təmizləyin. Yabanı otları götürün.

Payız yağışlarını toplamağı unutmayın. Yağış yağanda ehtiyaclarınıza uyğun olaraq böyük və ya kiçik qablara yağış suyunu yığın. Bitkilərinizin inkişafı üçün yağış suyu çox faydalıdır.

Bağçanızdakı bütün bağ torpaqlarını havalandırma vasitələri ilə havalandırın. Torpaq əksikliyi olan yerlərə əlavələr edin və torpağı yeniləyin.

Yay fəslindən yorğun çıxan bağınızı üzvi gübrələrlə gübrələməyə laqeyd yanaşmayın. Meyvə və tərəvəz bağlarınızın, çiçək yataqlarınızın və ot sahələrinizin ehtiyaclarına uyğun olaraq gübrə verin.

Yay çiçəklərinin yerinə gübrə tətbiq edərək yeni, qış çiçəkləri üçün ehtiyat yer hazırlayın. Soğanlı qış çiçəklərini əkilməyə başlaya bilərsiniz.

bag

Yarpaqlı bitkiləriniz yaşadığınız iqlimə görə bu aydan yarpaqlarını tökməyə başlayacaq. Tökülmüş yarpaqları təmizləməyi unutmayın.

Yaşadığınız yerin iqlim xüsusiyyətlərinə görə kifayət qədər yağış yoxdursa, bitkilərinizi mütəmadi suvarmağa laqeyd yanaşmayın.

Uğurlar …

bag 5

bag 3

bag 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir