Seriallarda tanış olub evlənən cütlüklər – SİYAHI

Baxış sayı: 1. 397

Serial və film çəkilişlərində başlayan sevgilər hər zaman maqazin gündəminin ilk sıralarında yer alırlar.

Bu sevgilərin ömrü adətən qısa olur. Çox vaxt filmin ya da serialın reklamı üçün nəzərdə tutulan bu münasibətlər çəkilişlər bitdikdən sonra sona çatır. Amma bəzən bu sevgi nikah masasına qədər uzanır.

“Gencaile.az” Axşam.az-a istinadən Türkiyə seriallarında sevgili olub sonra ailə quran cütlükləri təqdim edir:

Pınar Altuğ və Yağmur Atacan – “İlk aşkım” serialında tanış olan cütlük 2008-ci ildə evləndi. Su adlı qızları var.

Tuba Büyüküstün və Onur Saylak – “Gönülçelen” serialının cütlüyü 2011-ci ildə ailə qurub, əkiz uşaqları dünyaya gəlib.

Sarp Levendoğlu və Birce Akalay – “Küçük ağa” serialının çəkilişlərində münasibət quran ikili 2014-cü ildə evləndi.

Burak Sağyaşar və Hatice Şendil də “Karadağlar” serialında tanış olub keçən il evləndilər.

“Aşkın Kanunu” serialında birgə rola alan Ceyda Düvenci ilə Bülent Şakrak bu yaxınlarda ailə qurdu.

TV dünyasının ən çox haqqında danışdığı cütlük isə Bergüzar Korel və Halit Ergençdir. Onlar “Min bir gecə” serialında tanış olublar. 2009-cu ildə ailə quran cütlüyün Əli adlı oğulları var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir