kisi

Sərt kişi erası bitir…

Baxış sayı: 883

Kobud kişilərin dövrü artıq bitdi. Əvvəl qadınlar tərəfindən çox bəyənilən kobud kişilərin yerini duyğusal kişilər tutub. Sosioloqlar apardıqları araşdırmalardan və müşahidələrdən sonra bu qənaətə gəliblər.

Müşahidələr göstərib ki, qadınlar artıq ağlayan kişiləri seçməyə üstünlük verirlər. Yeni araşdırma qadınların sərt davranış formasından metroseksual stilə keçid edən və duyğusal kişilərə üstünlük verdiyini üzə çıxarıb.

Müasir kişilər romantik filmlərdə göz yaşlarını saxlamır və sevgililərinə sarılaraq televizora baxırlar. Bu da qadınların çox xoşuna gəlir.

Bu yaxınlarda ABŞ-da keçirilən anket sorğusuna görə, kişilərin köpük vannası qəbul etdiyi və duyğulandıqları zaman ağlamaqdan çəkinmədikləri məlum olub.

Müasir kişilər həm öz baxımlarına diqqət edir, həm də duyğularını gizlətmək yerinə, hiss etdiklərini qarşılarındakına açıq şəkildə bildirirlər. Bundan da utanmırlar. Qadınlar da artıq yumşaq, duyğusal tərəfini gizlətməyən kişilərə maraq duyur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir