Titanik

Sevdiyimiz filmlərdə bunları görmüşdünüz?

Baxış sayı: 160

Sevdiyimiz filmləri yəqin ki, dəfələrlə izləyirik. Bəs görəsən yetəri qədər diqqətlə izləyirikmi? Bəzən çox fərqli səhnələr olur ki, heç fikir vermirik.

 

“Home Alone” – Artıq yeni il gəldə və bu kinonun loru dildə desək sezonu bağlandı. Uşaqlığımızdan dəfələrlə izlədiyimiz bu filmdə hər şeyi xatırlayırıq? Bir səhnəni nəzərinizə çatdırım: Kevinin anası yolda ikən, narahat olduğunu bildirir. O deyir ki, sanki bir şeyləri unutmuşam. Həyat yoldaşını rahatlatmaq üçün Kevinin atası bildirir ki, o qarajın qapısını açıq unudub. Daha sonra kinoda da göstərirlər ki, həqiqətən də qarajın qapısı açıq qalıb.

 

“Harry Potter”in son bölümündə Lucius Malfoy-un boynunda rəqəmlərdən ibarət döymə görünür. Bu Azkabanda həbsdəykən aldığı rəqəmlərdir.

 

“Hotel Transilvaniya”da toy şəklində Mavis görünmür. Niyə? Çünki o vampirdi, şəkillərdə çıxmır

 

“Şərq ekspresində qətl” filmində son bölümdəki səhnə Leonardo Da Vincinin “Son axşam yeməyi” rəsmindəki kimidir.


“Titanik”
 gəmisinə diqqətlə baxsanız 4-cü borudan tüstü çıxmadığını görə bilərsiniz. Səbəbi? Çünki gəmi tikilərkən də həmin 4-cü boru dekorasiya üçün qurulmuşdur və həqiqətən də oradan tüstü çıxmırdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir