gul

Sevdiyiniz insana gül göndərməyiniz üçün 8 səbəb

Baxış sayı: 837

Çiçəklər dünyamızın bizə bəxş etdiyi ən gözəl nemətlərdən biridirlər, və siz həqiqətəndə sevdiyiniz insanlara heçbir səbəb olmadan çiçək göndərə bilərsiz. Sevgililər günündən tutmuş qadınlar gününə kimi çiçəklər seçə biləcəyiniz ən möhtəşəm hədiyyədir.

Çiçəklər uzun müddət sevgi və qayğının simvolu hesab olunurdular və hələdə gündəlik həyatımıza çox müsbət təsir göstərmək qabiliyyətindədirlər.

Çiçəklər həmçinin həyatımıza gözəllik və xoşbəxtlik qatmağın ən asan və ucuz üsüludurlar. Mən həmişə insanların hər bir vaxt  bir-birlərinə gül göndərib və kimdənsə gül almaqlarının tərəfdarı olmuşam.

Burada isə sevdiyiniz insanlara gül almağınız üçün 8 ən yaxşı səbəbi sıralamışıq:

gul

1)Sevginizi ifadə etmək üçün…

Əgər siz sevdiyiniz insanlara, həyat yoldaşınıza, valideyn və ya dostlarınıza gül alırsızsa, bu onlara olan sevginizin göstərməyin ən mükəmməl yoludur. Güllər təkcə sevgililər və ya həyat yoldaşları üçün deyil, hamımız üçündür.  Güllər kimisə sevginizi ifadə etməyin və sizi onları nə qədər çox istədiyinizə inandırmaq üçün ən gözəl üsuldur.

 

2) Kimisə gülümsətmək üçün…

Sizin yoldaşınız özünü çox qəmgin və yalnız hiss edir? Və ya sizin atanız şirkətdə yolunda getməyən işlərindən bezib. Onlara həmin anda gül göndərin. Çiçəklər hamının kefini açır və hətta onlara gülümsədir. Açmış çiçəklər və şirin aromat hər bir insanın kefini açmağa və onları daha yaxşı hiss etmələrinə qadirdir.

 

3) Üzr istəyəndə…

Əgər siz kiminləsə mübahisə etmək məcburiyyətində qalmısızsa və “üzr istəyirəm” demək sizin üçün çətindirsə həmin insana gül göndərin. Sözlə üzr istəmək siz günahkar olsanız belə həmişə daha çətindir. Çiçək göndərmək üzr istəmək jesti kimi qəbul edilir və yenidən ünsiyyət qurmağa imkan yaradır.

 

4) Rəğbətinizi göstərmək istədiyinizdə…

Bəzən nə isə pis birşey baş verəndə siz nə deyəcəyinizi bilmirsiz. Sizin sevdiyiniz insanın başına pis hadisə gəldiyində, ölüm və ya onların pis hiss etmələrini təmin edəcək digər hallar baş verdikdə, siz öz şəfqətinizi göstərmək üçün onlara gül göndərə bilərsiz.

 

5) Sadəcə yaxşılıq edəndə…

Biz hamımız dünyanın daha yaxşı bir yer olmasını arzulayırıq və həmişə təsadüfi yaxşılıq hərəkətləri haqqında eşidirik. Kontaktlar siyahısında sevdiyin insanı seç, bu sənin həmkarın, bacın və ya qardaşın ola bilər və onlara bir buket gül göndər. Təsəvvür et bu hərəkətin onları necə sevindirəcək. Heyranedicirdir, elə deyilmi?

  6) Qeyd edəndə…

Dostunun ad günümü yaxınlarşır? Və ya ailəndə kim isə nişanlanacaq bu yaxınlarda? Valideynlərinin evlilik il dönümüdür? Güllər hər hansı bir  kiçik hadisəni qeyd etmək üçün əvəzolunmaz vasitədirlər.

 

7) Kimisə həvəsləndirmək üçün…

Bəzən sözlərlə hisslərinizi ifadə edə bilmirsiz və həmin o arzuladığınız istiliyi və rahatlığı kiminsə həyatına həmin aldığınız güllər gətirə bilər. Nəzərə alsaq ki, siz emosiyonal dəstəyə ehtiyacı olan insana həmin bu an gül göndərirsiz və siz bu hərəkətinizin onun əhvalına necə təsir etdiyini, güllərin həyatına nəcə də pozitivlik gətirdiyinin şahidi olacaqsız.

 

8) Kiməsə təsir bağışlamaq istədiyinizdə…

Sizin qonşuluğdakı qızdan xoşunuz gəlir və arada olan sükutu, səssizliyi pozmaq istəyirsiz? Ona sadə bir buket və üzərinə onun necə də gözəl göründüyünü və onu kofe içməyə dəvət etdiyinizi yazdığınız notu qoyun. O sizə xeyr deməyəcək. Güvənin sadəcə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir