sevgi

Sevgi münasibətlərinin uzun sürməməsinin 10 səbəbi? – ARAŞDIRMA –

Baxış sayı: 1. 109

Hər birimizin böyüklərdən, az qala hər gün eşitdiyimiz bir deyim var: “Bizim dövrümüzdə belə deyildi. Çətinliklərə baxmayaraq, münasibətlər, evliliklər daha uzunömürlü idi”.

Yaxşı. 21-ci əsrdə nələr dəyişdi? Cütlüklərin tez-tez ayrılma səbəbləri nələrdir?

Mütəxəssislər bu sual ətrafında müəyyən bilgiləri paylaşıblar.

 

 1. Hazır deyilik

Əksər zamanlarda münasibətlərdə uzlaşmağa, fədakarlıq etməyə və qeyri-şərtsiz sevməyə hazır deyilik. Gözləmək istəmirik, bir anda hər şeyə sahib olmağa can atırıq.  Duyğularımızın yaşamasına  icazə vermirik. Hisslərimizi nəzərə almırıq,  zamana buraxırıq.

 2. Sevgini digər hislərlə  qarışdırırıq

İnsanlar onunla daha çox danışan,  hisslərini bölüşən,  paylaşan,  birlikdə kinoya gedən, sosial əlaqələr quracaq şəxsi axtarırlar. Bizi anlayan, çətin vəziyyətdə də,  xoşbəxt vaxtlarımızda da dəstəkləyəcək adam axtarmırıq. Cansıxıcı həyatları sevmirik və ona görə də,  həyatımızı macəraya çevirən, şən dost axtarırıq.

 

3. Maddi vəziyyəti düşünürük

Sevgiyə zaman və yer ayırmağa vaxtımız yoxdur,  çünki hər şeyi pul qazanmaq üçün xərcləyirik.

 

 4. Hər şeydən tez bir zamanda NƏTİCƏ gözləyirik

Aşiq olduğumuz zaman münasibətlərimizin tez  təkmilləşməsini istəyirik. Qısa müddətdə çox şeyi arzulayırıq. Heç bir şeyin özümüzə, vaxtımıza, hətta sevgimizə dəymədiyini düşünürük.

 

5. Sınamaq-yanılmaq,  yeni münasibətlərə can atmaq həvəsindəyik

İnsanların çoxu  həyatını bir insanla keçirmək istəmir. Namizədlər arasında seçim aparılır, daha yaxşılarına üstünlük verilir. Yəni münasibətlərin biri qurtarır, o biri başlayır.

 

 6. Texnologiyadan asılı vəziyyətdəyik

Texnologiya bizi həddindən artıq yaxınlaşdırır. Əksər hallarda mətnlər, səsli mesajlar, söhbət mesajları və görüntülü danışıqlar üz-üzə ünsiyyəti əvəz edir. Artıq birlikdə vaxt keçirmək məcburiyyətində deyilik. Onsuz da bir-birimiz haqqında çox şeyi bilirik. Danışacaq sözümüz yoxdur. Hər şeyi bilirik.

 

 7. Uzun müddət bir yerdə qala bilmirik

Uzun müddət bir yerdə qalmaqdan çox qorxuruq. Heç kim həyatını kiməsə sərf etmək, həsr etmək düşüncəsi ilə yaşamır.

 

 8. Evlilikdən kənar cinsi münasibətlər qurmaq adiləşib

Bu gün evlilikdən kənar yaşanan cinsi əlaqələr müasir həyatın normal qanuni kimi qəbul edilir.

 

 9. Çox ağıllıyıq,  məntiqliyik

Hər şeyə məntiq çərçivəsindən baxmaq, daha az insan, daha az duyğu və hiss mənasına gəlir.

 

10. Qorxularımız çoxaldı

Yeni əlaqələr, xəyal qırıqlıqları, emosional əlaqələr və qəlblərin qırılmasından çox  qorxuruq. Ona görə də insanların həyatımıza daxil olmasına icazə vermirik. Ətrafımıza divarlar hörürük.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir