sevgi

Sevgi münasibətlərinizə rəng qatacaq məqamlar – “EVLİSƏN”

Baxış sayı: 395

Hər kəs istəyir ki, evlilikdən sonra da münasibətləri həyəcanla davam etsin. Lakin bir müddət sonra bəzi ailələrdə həyəcan itir və tərəflər arasında soyuqluq yaranır. Gencaile.az saytı “Evlisən” rubrikası çərçivəsində  sevdiyiniz insanla münasibətinizə rəng qatacaq bəzi məqamları təqdim edir:

 

Səyahətə çıxın:

Qısa səfərlər edin. Fərqli yerləri araşdırın və birlikdə yeni xatirələr yaradın.

Rəqs edin:

Rəqs etmək insanı biri-birinə daha çox bağlayır. Düzdür bəzi kişiləri buna razılaşdırmaq çətin olur. Lakin birlikdə rəqs kursuna yazılmaq sizin münasibətinizə xoş anlar bəxş edəcək.

Kitab oxuyun:

Birlikdə bir roman oxumağa başlayın. Kitab haqqında fikirlərinizi müzakirə edin və paylaşın. Beləliklə, onun daxili dünyasına öyrənmiş olacaqsınız.

Image result for kitab oxuyan sevgililər

Birlikdə yemək hazırlayın:

Evdə romantik abu-hava yaradın. Sevdiyiniz yeməklərin menyusunu seçin və birlikdə hazırlamağa başlayın. Mətbəxdə vaxt keçirmək münasibətlərinizə həyəcan qatacaq.

kisi -yemek




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir