SEVGILILER

Sevgililər günündə sevgilinizə hansı hədiyyəni ala bilərsiniz? – MƏSLƏHƏTLƏR

Baxış sayı: 204

Sevgililər günü yaxınlaşdıqca bu günü qeyd edənlərin təlaşı birə-beş artır. “Sevgilimə nə hədiyyə edim”, “necə surpriz hazırlayım” deyərkən, 14 fevral gəlib çatır. Biz də sizə azacıq da olsa kömək etmək məqsədilə sabah sevgilinizə hansı hədiyyəni ala bilərsiniz deyə, araşdırma etdik.

Macərapərəst

Xüsusilə, dağ idmanını sevən, təbiətlə sıx təmasda olan macəraçı ruhda biridirsə, xaki, kirəmit çalarlarında parçalar onun üçün ideal seçim olacaqdır. Yun sviter, hər zaman geyinə biləcəyi üst geyimi, çox funksional çanta ya da keyfiyyətli bir bot sevəcəyi hədiyyələrdir. Papaq, qolbaq da üstünlük verəcəyiniz alternativ hədiyyə seçimləridir.

Plaza

Həyatının çox hissəsini iş tutan və gününün çoxunu plazada, ofisdə keçirən sevgiliniz varsa, onun üçün şıq bir köynək ya da ki, kostyum onun üçün mükəmməl seçim ola bilər. Və yaxud da, iş ab-havasına uyğun seçəcəyiniz ayaqqabı, qalstuk, sənəd çantası, qol düyməsi də alternativ hədiyyələr arasındadır. Əgər sevgiliniz baxımlı biridirsə, ətir hədiyyə etmək də onu sevindirəcək.

İdmançı

İdman edən, idman tərzində geyinən bir partnyorunuz varsa, şıq sviter, bel çantası onun üçün sevəcəyi hədiyyələrin başında gəlir. Ya da həmişə istifadə edəcəyi idman tərzində saat, eynək də alternativ hədiyyə ola bilər. İdmançı sevgiliniz üçün hədiyyə seçərkən çalışın daha sadə modellərə, bəzəksiz, klassik parçalara baxasınız.

Texnologik

Əgər texnologiya həvəskarı sevgiliniz varsa, ağlınıza gələcək hədiyyələrin başında bir Apple Watch, analoq ya da poloraid fotoaparat, istədiyi obyektiv kimi texnologik hədiyyələr ola bilər. Bundan əlavə, sadə, düz kəsimli jaket, kəmər və ya pul qabı da xoşuna gələ bilər. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir