sar

Sevgililər günü üçün 7 marketinq gedişi

Baxış sayı: 593

Ümumiyyətlə bayram günləri, əldə olan məhsul və təklifləri əla tanıtım və xüsusi bonuslar vasitəsilə dəyərləndirə bilərsiniz. Bu minvalla həm daha çox qazanc əldə etmək, həm də yeni müştəriləri cəlb etmək olar. Əgər siz hələ də Sevgililər Günündən öz xeyrinizə necə yararlanmağı fikirləşə bilməmisinisə onda, aşağıdakı 10 kələkdən hər hansısa birini istifadə edə bilərsiniz.

 

Öz loqonuza romantik ahəng əlavə etməyi sınayın! Öz loqonuza ürək şəkilləri və kiçik kupidonlar (sevgi tanrısı) əlavə etməklə bayram əhval ruhiyyəsi yarada bilərsiniz. Bu üsulla saytınızın romantik tərəfinin olduğunu da vurğulamş olarsınız.

Alıcılarınıza məxsusi hədiyyə bağlama xidməti təklif edin! Bu üsulu olduqca asan və praktik hesab etmək olar. Həmçinin müştərilər sizin onların hədiyyələrinin daha gözəl alınması üçün etdiyiniz cəhdləri yüksək qiymətləndirəcəklər.

Sevgililər Günü üçün xüsusi məhsul vitrini hazırlayın! Əgər siz hər cins üçün ayrılıqda spesifik vitrinlər hazırlasanız, onda alıcılar üçün hədiyyə seçmək daha rahat olacaq. Hər şeydən əvvəl vitrinləri “xanımım üçün” və ya “bəyim üçün” başlığı altında ikiyə ayırmağınız məsləhətlidir.

Sevgililər Günü yarışması təşkil edin! Öz web saytınızda oxucular arasında kiçik bir müsabiqə keçirin. Oxuculardan öz Sevgililər Günü tarixçələrini və ya “əsl sevgini tapmağın yolları” adlı yazı yazmalarını istəyin. Qalib gələn iştirakçıya öz mağazanızdan alış-veriş kuponu hədiyyə edin.

Müştəilərinizə elektron məktublar göndərin! Abunəçilərinizə “Sevgililər Günü üçün hədiyyə ideyalar” başlığı ilə emaillər göndərməklə tanıtıma nail olmuş olarsınız. Əgər müştərilərinizi ənənəvi “romantik” hədiyyələr təklif etməklə ürkütmək istəmirsinizsə, onda saytınızda“qeyri-adi məhsullar” adlı kateqoriya yaradın. Hədiyyələrin şəklini yerəşdirməyi unutmayın, bu satış faizini yüksəldir.

Məhsul kampaniyalarına romantik başlıqlar əlavə edin! “ Yarınız bundan imtina edə bilməyəcək….” və s. cazibədar başlıqlarla alıcıların diqqətini peşəkarlıqla cəlb etmək olar.

Təmənnasız açıqcalar təklif edin! Alınan hər bir məhsulun üzərində müştərilərə açıqca təklif edə bilərsiniz. Onlar bununla öz sevgililərinə ürək sözlərini yaza bilərlər. Həmçinin siz öz gözəl xətli əməkdaşınızı da bu işə cəlb edə bilərsiniz. Əmin olun ki, alıcılar bu diqqətinizdən məmnun qalacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir