hediyye

Sevgililər günündə sevgiliyə nə almalı, nə almamalı?

Baxış sayı: 487

Beynəlxalq sevgililər gününə cəmi bir gün qalıb. Milyonlarla insan özünü həyəcanlandıran, həyatı sevdirən insanları bu xüsusi gündə alacaqları hədiyyələrlə sevindirmək istəyir.  Amma, sevdiyiniz insana özünü xüsusi hiss etdirəcək hədiyyəni tapmaq elə də asan deyil.

Sevgililər günü üçün hədiyyə seçimi etməkdə çətinlik çəkənlər üçün bir sorğu keçirilib…

hediyye

Qadınlar zinyət əşyalarını və texnologiya məhsullarını bəyənirlər

Sorğuda verilən cavablara əsasən qadınların 30% – ini zinyət əşyaları, 18% – ini mobil telefon, qulaqlıq, ağıllı saat kimi texnologiya məhsulları, 13% – ini ətir, 12% – ini geyim, 10% – ini çiçək, 8% – ini kitab, 7% – ini isə oyuncaq hədiyyələr sevindirə bilər. Qadınların 2% – i isə bu xüsusi gündə hədiyyə olaraq şokolad gözləyirlər.

hediyye

Kişilər sevgililər günündə nə istəyir?

Kişilərin 40% – i köynək, qalstuk və s. kimi geyimlə, 25% – i mobil telefon, kompüter kimi texnologiya məhsulları ilə, 20% – i saat ilə, 15% – i kitab və 5% – i isə ətir ilə xoşbəxt olur.

hediyye

Sevgililər günündə sevgilinizə bu hədiyyələri  almayın!

Qadınlar ütü, tozsoran kimi elektrik məişət texnikasını, kişilər isə təmir dəsti kimi məhsulları sevgililər gününə uyğun hesab etmirlər.

Sorğuya  əsasən qadınların 55% – i hədiyyəsini restoranda romantik şam yeməyi  zamanı, 30% – i isə evdə  yaradılan romantik ab-hava ilə almaq istəyir.  Qalan 15% – i isə övladlarının da yanında olmasını arzu edir.

hediyye

Hədiyyə seçərkən diqqət etməli olduğunuz məqamlar:

Asan variantı seçməyin. Mövzusu sevgi olan bir gündə sevgilinizə ehtiyac duyduğu bir şeyi hədiyyə etmək doğru olmaya bilər. Bundan başqa hədiyyə seçimi edərkən özünüzü deyil, sevgilinizi düşünün. “Mən çox bəyəndim” deyərək aldığınız bir  hədiyyəni sevgiliniz bəyənməyə bilər.  Bu səbəbdən sevdiyiniz insanın məşğuliyyətləri, damaq ləzzəti haqqında məlumat sahibi olmağa çalışın. Bu kiçik məlumatlar sizə hədiyyə seçimi edərkən olduqca kömək olacaq.

Büdcəniz bahalı bir hədiyyə üçün uyğun olmaya bilər. Maddi dəyəri aşağı olsa belə, əhəmiyyətli olan o hədiyyəni necə təqdim etməyinizdir.  Sevgilinizin ürəyinə toxunan bir məktub və ya bir qeydlə verilmiş hədiyyə çox daha bahalı bir hədiyyədən daha böyük bir məna kəsb edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir