sevgi

Sevgililərin bilməli olduğu – Qaydalar

Baxış sayı: 1. 345

Uzun müddət və sağlam bir münasibət qurmaq istəyirsinizsə, həqiqətləri və sevdiyiniz insanı olduğu kimi qəbul etməlisiniz.

Sevgilinizin ailəsindən xoşunuz gəlməsə də, hörmət göstərmək məcburiyyətindəsiniz.

Bir-biriniz üçün nə qədər faydalı və nə qədər lazım olduğunuzu müəyyənləşdirin. Bir müddət sonra fikriniz dəyişə bilər. Ona görə də bu suallara məntiqli cavab verin.

Vacib məsələləri bölüşməlisiniz. Kişilər sirləri heç sevmir. Gizli qalan məqamlar sonradan yaxşı nəticələnməyə bilər.

Onu olduğu kimi qəbul edin və dəyişdirməyə çalışmayın.

Eyni fikirdə olmadığınız zaman mübasihəyə etməyin. Ortaq bir məxrəcə gəlməyə çalışın.

Bir-birinizə qarşı hər zaman dürst davranın.

Sevdiyiniz insana hər gün sevdiyiniz bir xüsusiyyətini deyin.

Maddi durumuzunu gizlətməyin. Bəzi problemlərin həlli üçün sevdiyiniz insanın maaşını bilmək vacibdir.

Hər zaman dürüst olun lakin qadına xas sirləriniz olsun və onun da dostları ilə bağlı sirləri olmasına icazə verin.

Mübahisə edərkən qarşı tərəfə hörmətsiz davranmayın və qətiyyən təhdid etməyin. Bu sizi həm gülməli vəziyyətə salar, həm də problemi daha da çətinləşdirər.

Üzr istəyərkən səmimi və ürəkdən edin. Əks halda inandırıcı görünməyə bilərsiniz.

Münasibətlərinizdə sərhədlər qoyun. Hər şeyi dostlarla bölüşmək olmaz.

Hər mübahisədə özünüzün haqlı olmasına çalışmayın. Yəni, hər şeyi öz xeyrinizə yazmayın.

Olduğunuz kimi davranın. Kişilərin xoşuna gəlmək üçün rola girməyin. Bir neçə aydan sonra əsl üzünüz ortaya çıxa bilər. Bu isə heç bir kişinin xoşuna gəlmir.

Sevmədiyi yerlərə məcburi şəkildə aparmayın. Həmçinin siz də onun sevdiyi verilişləri izləmək məcburiyyətində deyilsiniz. Hər birinizin öz maraq dairəsi olmalıdır.

Sevgilinizin bütün fikirlərini qəbul edib razılaşmayın. Razı olmadığınız məqamları bildirib fikir mübadiləsi edin.

Bütün vaxtınızı ona sərf etməyin. Çünki bir müddətdən sonra sıxıla bilərsiniz.

Sevgilinizin hər xırda hərəkətini tənqid etməyin.

Sizi əsəbləşdirən hərəkətlərini bildirin və ürəyinizdə saxlamayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir