sevgi

Sevgilini əldə saxlamağın SEHİRLİ YOLLARI

Baxış sayı: 560

İdeal münasibət, əlbəttə, var. Münasibəti ideallaşdırmaq qəlbdən və qadınlardan asılıdır. Çox vaxt kişilər belə deyir… Ancaq bu belə deyil. Münasibətin ayaqda qalması üçün hər iki tərəf eyni dərəcədə səy göstərməli, bir-birilərinə qayğı ilə yanaşmalıdır.

Münasibətlərin tanışlıq dövrü isə ən həyəcanlı və şirin mərhələdir. Amma tanışlıq mərhələsinə qədər bəzən müəyyən taktikalardan istifadə edilir.

Beləliklə, xarici KİV-ə istinadən bu qəribə tanışlıq taktikalarını təqdim edirik: 

sevgi

İlk görüşə getməzdən əvvəl bütün gözləntilərinizi deyin

“Hardballing” olaraq bilinən bu taktikaya ən sadə halı ilə kartları açıq oynamaq deyə bilərik. Bu o deməkdir ki, qarşı tərəf münasibətə başlamazdan, hətta görüşə getməzdən əvvəl sizdən və bu münasibətdən gözləntilərini açıq şəkildə ifadə edir. İlk dəfədən partnyorunuza bütün istək və gözləntilərinizi deməyiniz münasibəti aydınlaşdıracaq və bununla da sizə uymayan birini tanımaq üçün vaxt itirməyəcəksiniz. Ancaq tanışlıq dövrünün həyəcanını və qarşı tərəfi yavaş-yavaş tanımağı xoşlayırsınızsa, bu taktika sizin üçün deyil.

 sevgi

Münasibətdə ancaq cinsi əlaqə haqqında düşünməyin

“Roaching” adlı bu anlayış, əslində öz adını tarakandan alıb. Bəli, düz eşitdiniz. Tarakanlar gözdən uzaq, gizli şəkildə çoxaldıqları üçün bu trendin adı da buradan gəlir. Bu anlayış bir adamın birdən çox insanlarla birlikdə olması mənasını verir. Ciddi bir münasibət qurmaq istəyirsinizsə, bu tip insanlardan uzaq durmalısınız. Çünki belə insanlar uzunmüddətli, ciddi münasibət yox, təkcə bir gecəlik münasibət axtarırlar.

sevgi

Münasibətinizi gizli saxlamayın 

Bu anlayış ingiliscə “stashing” adlanır və bu bir növ gizli münasibət yaşamaq deməkdir. Bu trendi izləyən insanlar həyatlarına girən şəxsi ailəsindən, dostlarından və sosial çevrəsindən uzaq tutur. Yəni ki, sizi həyatlarına tam olaraq daxil etmir. Əgər bu vəziyyət sizin üçün problem deyilsə, öz işinizdir. Amma unutmayın ki, digərləri üçün incidici ola bilər.

sevgi

Səbirlə hərəkət etmək 

Adından da göründüyü kimi, bu taktikada tərəflər bir-birini yavaş-yavaş tanımaq üçün vaxt ayırır və münasibətə başlamaq üçün uzun müddət vaxt keçirirlər. Çoxları üçün bu taktika sağlam münasibətin əsas faktorlardan biridir. Çünki biri ilə uzun müddət birlikdə olmasanız, onu tam tanıya bilməzsiniz. Təbii ki, bəzilərinə görə belə münasibət sıxıcı gələ bilər. Əlbəttə, hər kəsin “flirt” anlayışı fərqlidir.

sevgi

Özü kimi davranmamaq 

Əgər partnyorunuzla sosial şəbəkələrdə tanış olmusunuzsa, o zaman onunla görüşəcəyiniz şəxs arasında dağlar qədər fərq ola bilər. Bəziləri şəkillərini elə “shop”layır ki, bunu əsl keyfiyyətli saxtakarlıq adlandırmaq olar. Saxta hesablar, “Instagram” effektləri, “shop”lar deyərkən bir də səsini dəyişdirmək funksiyası çıxıb. Buna görə də sosial şəbəkələrdən tanış olduğunuz insanlarla daha diqqətli olmalı və görüş zamanı gözləntilərinizi çox da yüksək tutmamalısınız.

sevgi

Dəyişkən xarakterə sahib olmaq 

“Breadcrumbing” deyilən bu trend, adını Hansel və Qretel hekayəsindən alıb. Qısacası deyə bilərik ki, sizi çantada kəklik kimi görürlər. Danışdığınız insan sizə qarışıq mesajlar yollayırsa, yəni bir yaxşı, bir pis davranırsa, deməli, bu taktikadan istifadə edir. Belə insanlar bir tərəfdən “bu münasibət mütləq olacaq, məndən xoşlanır” deyəcəyiniz hisslər yaşadır, digər tərəfdən də sizi vecinə almamış kimi davranır. Bu oyunlara gəlib boş yerə özünüzü incitməyin. Belə insanlardan qaçmaq lazımdır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir