sevgi

Sevgilinizə hansı sözləri mütləq deməlisiniz?

Baxış sayı: 1. 574

Sevgilinizlə aranızdakı münasibəti gücləndirməyin sirri məhz sehirli sevgi sözlərindədir. Münasibətin dinamizmini qoruyan, mütləq deyilməli olan sözlər aşağıdakılardır:
“Səni sevirəm” sözü yəqin ilk ağla gələndir. Bəli, bu söz var, əlbəttə, amma təkcə bu, deyil. Qarşı tərəfin ruhunu oxşayacaq, sizə olan sevgisini çoxaldacaq başqa cümlələr də olduğunu unutmayın.

“Səninlə özümü çox yaxşı hiss edirəm”

Sizdə yaxşı hislər yaratdığını bilmək sevgilinizin özünəinamını gücləndirəcək və sizi daha xoşbəxt hiss etdirmək üçün həvəsləndirəcək.

“Heç bu qədər bəxtim gətirməmişdi”
Hər kəs münasibətlərinin uzun müddətli, ömrünün axrınacan olmağını arzulayır. Bax, bu cür cümlələr qarşımızdakını qiymətləndirdiyimizi göstərir.

“Təşəkkür edirəm”
Sevgilinizin sizin üçün etdiyi gözəl şeylərə mütləq təşəkkür edərək qarşılıq vermək münasibətlərin ən sağlam təməlidir.

“Düz deyirsən, bağışla”
Həmişə siz haqlı olmalı deyilsiniz ki! Haqsız olanda bunu qəbul etmək və üzr istəmək sizin böyüklüyünüzdür. Bunu etməsəniz, qürurlu yox, əksinə, çox itici olarsınız.

“Bunu çox yaxşı bilirsən”
Pivə qapağı açmaqdan tutmuş ən böyük bacarığına qədər partnyorunuzun hansı sahədə yaxşı olduğunu sizdən başqa bilən olmaz. Partnyorunuzun bacarıqlarını bəyənmək onun özünə əminliyini artıracaq, bu da münasibətinizə müsbət təsir göstərəcək.

“Məni əyləndirməyi, sevindirməyi çox yaxşı bacarırsan”
Münasibətiniz nə qədər uzun olursa olsun, sevgiliniz sizin üçün sıxıcı olmadığını bilmək istəyir. Bunu ona xatırladın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir